Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

30 yaşdan sonra qadınların kişilərə qarşı marağı ölür

Qadın və kişinin bir-birinə qarşı olan münasibəti, bu münasibətdəki sərhədlər uzun illər müzakirələrə səbəb olub və bu yöndə müzakirələrin hələ də tam sona çatdığnı deyə bilmərik. Bütün bunlarla yanaşı son illərdə aparılan təcrübələr isə tamam başqa yöndə maraqlı nəticələr ortaya çıxarıb.
Adı çəkilən araşdırmalardan biri Amerika Southern Connecticut Universitetində reallaşdırılıb. 1734 qadın arasında aparılan bu təcrübə əsasında belə məlum olub ki, müəyyən yaşdan sonra qadınların cinsi istəyi dəyişir. Əvvəlki münasibətlərindən kişilər haqqında müəyyən təcrübəyə yiyələnən, onları tanımağa çalışan qadınlar 30 yaşdan sonra öz həmcinslərini maraq dairələrinə daha uyğun hesab edirlər. Mütəxəssislərin sözlərinə görə çox vaxt buna səbəb ya kişinin qadını bir neçə dəfə aldatması, ya da qadının axtardığı həyəcanı kişi ilə münasibətində tapa bilməməsi olur. Bəzi mütəxəssislər eyni cinsdən olan iki insanın bir-birini daha asan başa düşəcəyini, buna görə də onların münasibətinin qarşı cinslə olan münasibətdən daha uzun davam edəcəyini düşünür. Bəziləri isə bunun tam əksinə qadınların bir-birinə qarşı olan paxıllıqlarının, onların arasındakı rəqabətin bu münasibətə mane olacağını hesab edirlər. Birinci qrupa aid olan mütəxəssislərin bu mövzuda misal çəkdikləri ən birinci sima məşhur “Sex and city” serialının aktrisası Cynthia Nixondur. Xatırladaq ki, 46 yaşlı bu aktrisa 15 il davam edən evliliyindən sonra həyat yoldaşından boşanıb. İki uşaq anası olan bu xanım indi isə Christine Marioni ilə birlikdə yaşayır.


Tarix: 06.01.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Gəl, tanış olaq
loading...