Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı qadınlar passiv intim həyat yaşayır?

Bu yaxınlarda İngiltərədə aparılan bir sorğu nəticəsində maraqlı faktlar ortaya çıxıb. Sorğunun əsas məqsədi qadınların kişiləri necə, nəyə əsasən tanıdıqlarını üzə çıxarmaq olub.
Sorğuda iştirak edən qadınların sözlərindən belə məlum olub ki, qarşı tərəfin hansı xarakterə sahib olduğunu bilmək üçün onunla sadəcə üç dəqiqə söhbət etmək kifayətdir. Bu üç dəqiqə ərzində isə qadınlar kişinin yalnız danışığına deyil, onun saç formasından tutmuş geyim tərzinə qədər hər incə detala diqqətlə fikir verirlər. Bu qısa söhbətin sonunda isə həmin kişinin onlar üçün nə dərəcədə uyğun olduğuna, münasibət qurduqları halda gələcəkdə hansı problemlərlə qarşılaşacaqlarına dair yekun qərara gəlirlər. Ən maraqlı tərəf isə ondan ibarətdir ki, sorğuya qatılan qadınların 88%-i ilkin təəssüratlarının sonuna qədər özünü doğrultduğunu bildirib.
Qadınların böyük əksəriyyətinin sözlərinə görə, bu üç dəqiqəlik söhbət ərzində qarşılarındakı kişinin hansısa özündən razı hərəkəti, sözləri onların bu münasibəti elə birinci dəqiqədə bitirmələrinə səbəb ola bilər.
Sorğu zamanı həmçinin qadınların həmcinsləri ilə münasibətləri də araşdırılıb və belə məlum olub ki, həmcinsləri ilə daha çox vaxt keçirən qadınların cinsi həyatı daha passiv keçir. Bunun əsas səbəbi isə həmin qadınların dost kimi ayrı, sevgli kimi isə ayrı insanı seçmələridir.


Tarix: 06.01.2015 / 17:24 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Gəl, tanış olaq
loading...