Şotlandiyadakı Stirling Universitetində aparılan bir araşdırmanın nəticəsində maraqlı faktlar ortaya çıxıb. Daily Telegraph qəzetində isə həmin araşdırmanın məzmunu və nəticəsinə dair məqalə çap edilib. Məqalədə qeyd edilib ki, kişilər heç tanımadıqları qadınlarla münasibət qurmağa daha çox maraq göstərirlər.
Bu nəticəyə gəlmək üçün Stirling Universiteti anket sorğuda iştiraka razılıq verən 300 qadın və kişi arasında sorğu aparıb. Sorğu zamanı onlara müxtəlif qadın və kişi şəkilləri təqdim edilib və bu simalardan hansının daha çox diqqətlərini çəkdiyini, hansıları daha çox bəyəndiklərini bildirmələri xahiş olunub.
Eyni zamanda iştirakçılardan seçdikləri şəkildə olan simaların sevdikləri insana bənzəyib bənzəmədikləri də soruşulub. Araşdırmada iştirak edən kişi iştirakçılar tanıdıqları qadınlara bənzəyən simalardansa ilk dəfə gördükləri qadınları daha cazibədar hesab ediblər. Qadınlarsa bunun əksinə olaraq xarici görünüş baxımından bəyəndikləri kişilərin həyat yoldaşlarına, sevgililərinə bənzədiyini və məhz buna görə həmin şəkili seçdiklərini bildiriblər.
Tarix: 06.01.2015 / 17:26 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Gəl, tanış olaq