Qoç: Bu bürc altında doğulan insanların daim fikrləri qarışıq olur. Onlar çox vaxt nə istədiklərini bilmirlər. Buna görə də bu gün sizi sevdiyini deyən qoç sabah ayrılmaq qərarına gəlsə, buna görə heç təəccüblənməyin. Əksər hallarda onlar münasibətə başlamazdan əvvəl öz xasiyyətləri, çatışmayan tərəfləri haqqında sizə məlumat verirlər. Əgər siz bütün bunlara rəğmən onu olduğu kimi qəbul etmisinizsə, nazına da dözməlisiniz.
Buğa: Bu bürcdə doğulan insanları tanımaq üçün onlarla 5-10 dəqiqə söhbət etmək kifayətdir. Buğalar münasibətə başlayan zaman sizin diqqətinizi cəlb etmək, özünü sevdirmək üçün əlindən gələni edir. Bir müddət keçdikdən, sizə əldə etdiyinə arxayın olduqdan sonra isə baxımsız birinə çevrilir. Qoçlardan fərqli olaraq buğalar özləri sizə ayrılmaq istədiklərini birbaşa demir, sizin ondan bezib ayrılıq qərarı almağınızı gözləyirlər.
Əkizlər: Çoxları belə hesab edir ki, bu bürc altında doğulanlar dəyişkəndirlər. Əslində isə onların xasiyyətini başa düşmək çox asandır. Onlar əksər hallarda bezsələr belə, sizdən ayrılmazlar. Amma bununla yanaşı, yeni sevgi axtarışına çıxarlar. Əgər bu mövzuda ən xırda nəisə işarə görsəniz, deməli, artıq onunla münasibətinizi yekunlaşdırmağın vaxtı çatıb.
Xərçəng: Romantik bürc hesab edilən xərçənglər sevgi aşiqidirlər. Onunla münasibətiniz zamanı filmlərdə gördüyünüz bir romantik aşiq obrazı ilə tanış olacaqsınız. O sizdən ayrılsa belə, heç zaman sizə tərk etməyəcək. Əmin olun ki, özünə yeni sevgili tapana qədər gəl-getləri ilə sizi bezdirən xərçənglər yeni bir sevgili tapdıqdan sonra həyatınızdan birdəfəlik uzaqlaşacaqlar.
Şir: Bu bürc həmişə qeyri-mümkün olanı istəyir. Əgər bu bürcdən olan kişiyə bir qadını göstərib “O heç vaxt sənə baxmaz” desəniz, əmin olun ki, o ən geci 1 həftəyə həmin xanımla sevgili olub, onu sizinlə tanış etməyə gətirəcək. Əgər o sizinlə münasibəti bitirmək istəyirsə, ayrılıq səbəbi kimi özündə heç bir günah olmadığını bildirərək sizin özünüzü günahkar hiss etməyinizə şərait yaradacaq. Siz oturub günahı özünüzdə axtarmağa başladığınız zaman isə bir yerdə oturmayaraq yeni “qurban” axtarışına çıxacaq.
Qız: Qızlar daim mükəmməli axtarırlar. Əgər o ayrılıq qərarı alıbsa, sizin nə deməyinizdən, özünüzə necə haqq qazandırmağınızdan aslı olmayaraq fikrindən heç vaxt geri dönməyəcək. Əgər sizdən ayrıldıqdan sonra oturub nəisə düşünəcəyini gözləyirsinizsə, yanılırsınız. Onların yaddaşının sizə aid olan hissəsi ayrıldığınız gündən silinməyə başlayır. Buna görə də onlardan incə davranış, ən azından ayrıldığınız gün xoş sözlər eşitməyi gözləməyin.
Tərəzi: Əgər ona uyğunlaşmasanız, onun qaydaları ilə hərəkət etməsəniz, qarşınızdakı tərəzini özünüzdən uzaqlaşdıracaqsınız. Münasibətiniz zamanı səhvlərinizi görməzdən gələn tərəzilər, ayrılıq günü bütün səhvlərinizi üzünüzə vurmaqdan çəkinməzlər. Bir sözlə, səbəb nə olursa, olsun ayrılıqdan sonra uzun müddət peşmanlıq yaşamağınız üçün onlar əllərindən gələni edərlər.
Əqrəb: Əgər bir əqrəb sizə soyuq davranmağa başlayıbsa, bu heç də səbəbsiz hərəkət deyil. O, bununla sizi ayrılığa hazırlamağa çalışır. Sizə ayrılıq mesajını vermək üçün isə onlar əllərindən gələni edirlər: artıq sizinlə əvvəlki kimi ürəkdən gülmür, əylənmir, yanınızda daha ciddi davranırlar. Bir müddət sonra bütün bunların səbəbini izah etmədən sakitcə həyatınızdan uzaqlaşırlar.
Oxatan: Onlar çox qəddardırlar. Ayrılıq zamanı qarşılarındakı insana elə davranırlar ki, sanki qarşılarındakı qanlı düşmənləridir. Onlar ayrılıq səbəbini izah edərkən qarşı tərəfi günahkar çıxarmağa çalışırlar. Sizi tərk etdikdən sonra yenidən ona qayıtmağa çalışacağınızı düşünən oxatanlar, hətta bu zaman sizi alçaltmaqdan, təhqir etməkdən belə çəkinmirlər.
Oğlaq: Oğlaq bürcü ailəsinə bağlıdır. Onlar ayrılıq zamanı vicdan əzabı çəkirlər. Buna görə də sizə ayrılıq səbəbini maksimum dərəcədə yumuşaq sözlərlə izah etməyə çalışırlar. Onlar aşiq olduqlarına çox tez inanırlar. Əgər bir oğlaq sizi tərk edirsə, çox güman ki, bunun səbəbi sizə qarşı olan hisslərinin sevgi olmadığını anlamasıdır.
Dolça: Onların ayrılıq səhnəsini izləmək xüsusilə maraqlıdır. Bu bürcdən olan insanlar ayrılıq zamanı “Gedirəm, amma bil ki, səni həmişə sevəcəm”, “Sənin xoşbəxtliyin üçün ayrılmalıyıq” və.s bu kimi romantik cümlələr qurmaqdan çəkinmirlər. Qısacası, onlar sizə hələ də aşiq olsalar belə, inandıqları dəyərlər sizdən uzaqlaşmaqlarına səbəb ola bilər.
Balıq: Ən romantik bürclərdən hesab edilən balıqların ayrılıq səhnəsi heç də romantik olmur. Əksər hallarda heç nə demədən sizdən uzaqlaşırlar, çünki bu zaman nəsə deməyə ehtiyac duymurlar. Balıqlar üçün münasibətdəki pərdəni, hörməti aradan götürməmək çox önəmlidir. Bəzən onların heç nə demədən sizdən uzaqlaşmağının səbəbi də onun yaddaşında gözəl qalmağınızı istəməyiniz olur.
Tarix: 06.01.2015 / 18:14 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Gəl, tanış olaq