Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar da erkən boşalmadan əziyyət çəkir

Elm adamlarının növbəti araşdırmaları zamanı yenə maraqlı faktlar ortaya çıxıb. Bu araşdırmalar nəticəsində belə məlum olub ki, əsasən kişi problemi kimi tanınan erkən boşalma qadınları da narahat edən əsas məsələlərdəndir. Portuqaliyada Magalhaes Lemos Xəstəxanasının etdiyi bu araşdırma kişilərin qadınlar haqqında bilmədiyi faktları ortaya çıxarıb. Çünki əksər hallarda kişilər bu problemdən əziyyət çəkir və müalicə üçün müxtəlif üsullara əl atırlar. Qadınların isə cinsi xəstəliklərini çox vaxt kişilərdən gizlətməsi qarşı tərəfdə elə təsəvvür yaradıb ki, onlar heç vaxt bu problemlə rastlaşmırlar. Portuqaliyada 510 qadın arasında keçirilən sorğu isə kişilərin məsələyə bu münasibətini köklü sürətdə dəyişib. Belə ki, sorğu zamanı cinsi həyatla bağlı onlara təqdim edilən müxtəlif sualları cavablandıran qadınların 40%-inin erkən boşalma, 70 %-inin isə müxtəlif qadın xəstəlikləri səbəbi ilə cinsi həyatdan zövq ala bilmədikləri faktı ortaya çıxıb. Faizlərin bu qədər yüksək olacağını gözləmədiklərini bildirən mütəxəssislər adı çəkilən problemin səbəbinin öyrənilməsi və onun aradan qaldırılması üçün bundan sonra mütəmadi təcrübələr keçirəcəklərini bildiriblər.


Tarix: 06.01.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Gəl, tanış olaq
loading...