Bu gün kişilər cinsi problemləri ilə bağlı rahat şəkildə həkimə müraciət etsələr də, qadınlar çox zaman bundan çəkinir, cinsi xəstəliklərini gizlətməyə çalışırlar. Onlar nə həkimlə, nə də həyat yoldaşları ilə bu narahatlıqlarını bölüşmürlər, Çünki yanlış başa düşüləcəklərindən qorxurlar. Bütün bunlara görə kişi və qadınlarda rast gəlinən cinsi problemlər, həkimə müraciətlə bağlı statistika çıxarılarkən qadınlara nisbətən kişilərin cinsi problemlərlə bağlı həkimə tez-tez müraciət etdiyi faktı üzə çıxır. Əslində isə mütəxəssis rəylərinə görə qadınlar kişilərə nisbətən cinsi problemlərdən daha çox əziyyət çəkirlər.
27 müxtəlif ölkədən olan 12 minə yaxın qadın arasında aparılan sorğu nəticələri belə deməyə əsas verir ki, hər on qadından altısının cinsi istəksizlik problemi var. Onlar intim münasibətlərindən zövq ala bilmirlər. 29 ölkədən olan 30 minə yaxın qadın arasında aparılan digər bir sorğu nəticəsinə görə isə qadınların 40%-inin heç olmasa bir cinsi problemi var. Bundan əlavə 3800 qadının iştirak etdiyi digər bir araşdırmanın nəticələri belə deməyə əsas verir ki, qadınları seksdən uzaqlaşdıran bəzi incə məqamlar var. Əziz kişilər, biz də indi cinsi həyatda tərəf müqabilinizi özünüzdən uzaqlaşdırmamaq üçün etməməli olduqlarınızı sizinlə bölüşmək istəyirik.
1.Münasibətdəki duyğusal problemlər
2.Gün ərzində yaşadıqları stres, yorğunluq, ev, iş, ailə həyatındakı sıxıntılar
3.Özünün də xəbəri olmadan günbəgün inkişaf edən hansısa bir xəstəlik və yaxud əvvəl keçirdiyi bir əməliyyat
4.Tərəf müqabilinin-kişinin cinsi problemləri- erkən boşalma, sərtləşmə, cinsi istəksizlik və.s
5.Özünün cinsi problemləri- vajinismus, orqazm ola bilməmək, cinsi münasibətdə arzuladıqlarını yaşamaması
6.Depresiya, stres əleyhinə istifadə etdiyi hansısa dərmanlar
7.Cinsi maarifləndirmənin aşağı səviyyədə olması və yaxud da inyim münaibət haqqında yanlış məlumatlandırılma
8.Yaşam tərzi,müxtəlif zərərli vərdişlər (zərərli qidalanma, artıq çəki, siqaret, içki istifadə etmək)
9.Cinsi istəkləri, problemlər haqqında həyat yoldaşı ilə danışmağa çəkinmək.
10.Həmişə eyni qaydalar üzrə təkrarlanan, heç bir həyəcan, maraq olmadan yaşanılan cinsi əlaqə
Tarix: 06.01.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Gəl, tanış olaq