“Qadınlarla müqayisədə kişilər daha gec evlənməyin tərəfdarıdırlar”. Bu fikri sübut etməyimizə yəqin ki, ehtiyac yoxdur. Hər birimiz ətrafımıza nəzər salsaq, bu faktın doğruluğuna bir daha inanarıq. Bəs görəsən bunun səbəbi nədir? Kişiləri evlilikdən uzalaşdıran səbəblər hansılardır? Onların qadınlarda axtarıb tapa bilmədikləri xüsusiyyətlər hansılardır?
Bu dəfəki məqalədə bu suala aydınlıq gətirməyə çalışacağıq və düşünürük ki, bu məqalə daha çox xanımlarımızın marağına səbəb olacaq.
Hər şeydən əvvəl onu bilməlisiniz ki, əziz xanımlar sizinlə həyat yoldaşınızın evliliyə baxışı tamam fərqlidir. Qadınlarla müqayisədə kişilərin evlilikdən gözləntiləri daha çox olur. Kişilər evlənəcəkləri qadınla həm dost, həm sevgili olmaq, həm ailəyə bağlı, bir o qədər də azad olmaq istəyirlər. Yəni, onlar evliliyi qadınlar kimi “dörd divar” arxasında keçirəcəkləri həyat kimi qəbul etmirlər. Amma bütün bunlarla yanaşı kişi ailənin nə qədər problemi olsur olsun, həmişə evində “istilik” hiss etmək istəyir. Qısacası, o, öz evində mənəvi rahatlıq tapmaq istəyir, işdən sonra onu evdə geləüzlə qarşılayan qadın arzulayır.
Kişilər də qadınlar qədər daim qarşı tərəfdən diqqət gözləyirlər. Kişilərin çoxu həyat yoldaşı işlədiyi halda, evdəki məsuliyyətdən boyun qaçırmalarını onlara bağışlamır. Çünki kişi qadının həyatında həmişə ailəsinin birinci yerdə durmasını istəyir.
Bütün münasibətlərdə inam əsas yer tutur. Qısqanclıq sevgidən xəbər verir deyirlər, amma heç bir kişi ömrünü hər məsələdə ondan şübhələnən qadınla biryerdə keçirmək istəməz.
Kişilərin əksəriyyəti evlilikdən sonra uşaq istəyirlər. Hətta həyat yoldaşları ilə münasibətləri normal olmasa da, mütləq o körpəni qucaqlarına almaq, ata sözünü eşitməyin sevincini yaşamaq istəyirlər.
Evlilik kişilər üçün normal seks həyatı deməkdir. Kişilər ailədə olduğu kimi yataqda da enerjili və şən qadın görmək istəyirlər. Seksin az olduğu evlilik kişilərin ən böyük qorxusudur.
Kişilər evlənəcəyi qadını seçərkən gələcək həyat yoldaşının onun anasına nə qədər bənzəməsini də özləri üçün müqayisə edirlər. Çünki onlar yanlarında sevgi, şəfqətdən əlavə, həm də onlara yol göstərən, əşyalarını qaydaya salan və evdarlığı yaxşı bacaran qadın görmək istəyirlər.
Və sonda, əziz qadınlar, unutmayın ki, indi birlikdə olduğunuz kişi uşaqlıqdan bəri sərbəst yaşamağa öyrəşib. Onun axşam evə tez gəlmək, dostları ilə görüşərkən icazə almaq kimi problemləri olmayıb. Buna görə də kişilər evlilikdən sonra da bu cür sərbəst yaşamaq istəyirlər. Onlar nə qədər ailəcanlı olsalar, sizi çox sevsələr də, hər yerə həyat yoldaşı ilə getməkdən sıxıla bilərlər.
İndi kişilərin ailədən, evlilikdən nə gözlədiyini bilirsiniz, əziz xanımlar. Əgər sevdiyiniz insanın ürəyinə yol tapmaq istəyirsinizə, yaxşı olar ki, sizdən gözlədiklərinə əməl edəsiniz.
Tarix: 06.01.2015 / 18:48 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Gəl, tanış olaq