Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənc qadınlar yaşlı kişiləri seçir

Psixoloqlar iddia edirlər ki, qadınlar gənclik dövrlərində öz yaşıdları və ya özlərindən maksimum iki-üç yaş böyük kişilərlə görüşməyə üstünlük versələr də, onlar evlənəcəkləri namizədləri özlərindən səkkiz-on yaş, bəzən isə daha böyük şəxslər arasından seçirlər. Bəs, bunun səbəbi nədir? Heç, bu barədə düşünmüsünüz? Yaşlı kişilərdə qadınları cəlb edən xüsusiyyət hansılardır? Əgər sizə də maraqlıdırsa, buyurun, qadınların belə kişilərdə bəyəndikləri keyfiyyətlərlə tanış olun.

Cinsi həyat

Qadınların yaşlı kişilərdə sevdiyi əsas xüsusiyyət onların yataqda özlərinə əmin olmalarıdır. Belə tərəf müqabili nə istədiyini bilir. Onlar utancaq və ya kor-kobud hərəkətlər etmirlər. Qadın onu yönləndirmir, o adını idarə edir.

Dünyagörüşü

Söhbət nədən gedir getsin, onların həmişə danışacaqları nəsə olur: istər öz təcrübələrindən, istərsə də digərlərinin təcrübələrindən. Söhbət ədəbiyyatdan düşəndə isə o məşhur bir yazarın heç də məşhur olmayan elə bir əsərindən sitat gətirir ki, qadın onun ədəbiyyat biliyinə sadəcə qibtə edir. Onlarla klassik musiqi, qədim filmlər haqqında söhbət də qadınlara xüsusi həzz verir

Yardımsevərlik

O artıq arzuladığı istiqamətdə öz karyerasını qurub. Həyat təcrübəsi ilə yanaşı, kifayət qədər iş təcrübəsinə də malikdir. Buna görə də qadın ondan peşə seçimi barəsində çox şey öyrənə bilər. Onun məsləhətlərinin əsas üstünlüyü isə uydurma yox, real həyatdan götürülməsidir.

Daha səliqəlidir

Qadınların kişilər barədə əsas şikayətlərindən biri də onların səliqəsiz olmasıdır. Kişi duş aldıqdan sonra əksər qadınlar hamama girərkən stress keçirirlər. Amma belə tərəf müqabili ilə qadının bu kimi problemi olmur. Çünki, kişinin əvvəl birlikdə olduğu qadın və ya qadınlar ona bu səliqə-səhmanı öyrədiblər.

Evə gecikmir

O, yeni macəralar axtaran, hər gecəni bir klubda keçirməyə can atan yeniyetmə deyil. Onun üçün indi rahatlıq tapdığı ev mühiti daha doğmadır. Buna görə də o hər gün işdən sonrakı vaxtını sizinlə keçirmək üçün evə tələsir.

Öz qüsularını bilir

Təcrübəsi sizdən nə qədər çox olsa da, tez-tez sizi qarşısına alıb məsləhət verməyə çalışmır. Çünki bilir ki, mükəmməl insan yoxdur və yaşı az olan sevgilisinin bu yaşda belə səhvlər etməsi təbiidir. Bundan əlavə, qarşısındakı insan onun barədə fikrlərini söyləyərkən o aqressivlik göstərmir, çünki özü öz qüsurlarını daha yaxşı bilir.

Onun bir ailəyə ehtiyyacı var

Belə kişilər tək gecəlik sevgilərdə maraqlı deyillər. Çünki onların bu barədə kifayət qədər təcrübəsi var. İndi onlar ömürlərinin bundan sonrasını biryerdə keçirəcəkləri həyat yoldaşı axtarırlar.

Bütün maddi ehtiyacları qarşılanır

Kommunal xərclər gələndə cütlük stress yaşamır. Gecə-gündüz haradan pul tapa bilərik? Gələn maaş vaxtına qədər nə edəcəyik? kimi suallar ətrafında baş sındırmırlar. Evin və qadının bütün maddi ehtiyacları vaxtında ödənilir, çünki kişi kifayət qədər pul qazanır.

O həmişə belə qalacaq

İnsanlar müəyyən yaşdan sonra dəyişirlər; həyata qarşı baxışları dəyişir, əyləncə anlayışları dəyişir və.s. Qadınları da ən çox qorxudan səbəblərdən biri evləndikdən sonra kişinin xasiyyətinin dəyişmə ehtimalıdır. Amma bu yaşda kişilərlə evlənən qadınların belə bir qorxusu olmur. Çünki o artıq sabit xasiyyətli biridir. Bu vaxta qədər dəyişəcəyi qədər dəyişib.

Buyurun, əziz kişilər. İndi qadınların nəyə görə yaşlı kişilərə üstünlük verdiyini bilirsiniz. Sizcə, bütün bu xüsusiyyətləri özündə cəmləyən kişini sevməklə səhv edirlər?


Tarix: 06.01.2015 / 18:49 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Gəl, tanış olaq
loading...