Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər bu yaşda daha romantik olur

Demək olar ki, əksər gənc qızların xəyalındakı ağ atlı şahzadə obrazı eyni olur: ucaboylu, enlikürəkli, bir o qədər də yaraşıqlı olsun. Bu yaxınlarda ingiltərəli mütəxəssislərin apardığı bir araşdırma isə demək olar ki, bütün gənc qızların xəyallarını puç edib. Bu araşdırmaya görə, romantik sevgili axtaran qadınlar hələ uzun müddət gözləməli olacaqlar, çünki kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır.
Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51 ilə 55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı 50 yaşından sonra kişilər əvvəlki illərə nisbətən sevgi məsələlərində daha diqqətli olur və mütəmadi olaraq həyat yoldaşlarına surpriz edirlər.
Araşdırma aparan mütəxəsislərdən Jim Forwardın fikrincə, bu yaşlardakı cütlükləri gənclərdən fərqləndirən əsas cəhət onların bir-birinin daha çox qayğısına qalmağa çalışmaqlarıdır. Onun fikrincə, çox zaman evlilik həyatında mütəmadi olaraq problemlər yaşayan, mübahisələr edən cütlüklər bu yaşlarda bir-birinə qarşı daha qayğıkeş olurlar.


Tarix: 06.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Gəl, tanış olaq
loading...