Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların gizlətdiyi sirrlər

Kişilər hər istədiklərini, düşündüklərini heç nə fikirləşmədən ətrafdakılarla bölüşürlər, amma qadınların bu məsələyə münasibəti fərqlidir. Onlar fikirləşdiklərinin yalnız müəyyən hissəsini qarşı tərəflə bölüşürlər. Buna görə də kişilər çox vaxt qadınları başa düşməyin mümkünsüz olduğundan şikayətlənirlər. Bilirik ki, bizim kişi oxucularımız arasında da bu mövzudan şikayətlənənlər kifayət qədərdir.
Elə bu səbəbə görə də sizinlə qadınların kişilərdən gizlətdiyi sirlər haqqında danışmaq istəyirik.

1. Qadınlar bəyəndikləri ayaqqabını, ətəyi, hətta qələmi belə özlərini xoşbəxt etmək üçün alırlar. Əksər hallarda isə ödəniş miqdarını kişilərdən gizlədir və ya qiyməti aşağı deyirlər. Onlar bunu ailələrininin xoşbəxtliyi üçün etdiklərini düşünürlər. Buna görə də söylədiklərini heç də böyük yalan hesab etmirlər.

2. Onlar tez-tez intim münasibətdə olmaq istəsələr də, bu istəklərini hər zaman həyat yoldaşları ilə bölüşmürlər. Bunun səbəbi isə çox vaxt işdən yorğun gələn həyat yoldaşlarının onların bu istəyinə əhəmiyyət verməməsidir.

3. Qadınlar evlənənə qədər sevgililərini ağ atlı şahzadə hesab edir və qarşı tərəfin gözündə əsil aristokrat qadın kimi görünmək istəyirlər. Buna görə də çox vaxt əsəbiliklərini, səbirsizliklərini onlardan gizlətməyə çalışırlar.

4. Ailədə hər nə qədər demokratiya tərəfdarı olsalar da, qadınlar əsas məsuliyyəti kişinin üzərinə atırlar. Axşam yatanda başını kişinin sinəsinə qoyub yatmaq qadın üçün hər cür azadlıqdan daha dəyərlidir.

5. Qadınlar çox vaxt həyat yoldaşlarını həvəsləndirmək üçün ona yataqda çox yaxşı olduğunu deyirlər. Əksər hallarda isə həyat yoldaşlarını köhnə sevgilililəri ilə müqayisə edir və köhnə aşiqlərinin performansının daha yüksək olduğu qənaətinə gəlirlər.

6. Qadınlar analarına bənzəməkdən çox qorxurlar, amma buna baxmayaraq kişinin anaları haqqında mənfi fikir bildirməsini əsla qəbul etmirlər. Buna görə də onlar kişilərin yadında anlarının mənfi xüsusiyyətləri haqqında danışmırlar.

7. Qadınlar hər addımda kişinin hakimiyyətini hiss etmək, onlar tərəfindən qısqanıldıqlarını görmək istəyirlər, amma bunu heç vaxt kişilərə bildirmirlər.

8. Onlar daim seksi ve yaraşıqlı məşhurlarla bağlı fantaziyalar qururlar. Amma bu heç də o demək deyil ki, onlarla cinsi münasibətdə olmaq istəyirlər. Qadınlar üçün bu sadəcə boş vaxt məşğuliyyətidir.

9. Kişilərlə müqayisədə qadınlar ailə sirrlərini rəfiqələri ilə bölüşməyi sevirlər. Əmin olun ki, o hətta sizin heç vaxt düşünməyəcəyiniz mövzu haqqında belə rəfiqəsindən məsləhət alır.

10. Qadınlar həyat yoldaşlarını bu vaxta qədərki bütün sevgililərindən daha çox sevdiklərini düşünürlər. Əslində isə özləri də bilirlər ki, indi ona ilk günkü kimi aşiq deyillər. Çünki qadınlar kiminsə deyil, sevginin aşiqidirlər.


Tarix: 06.01.2015 / 18:18 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Gəl, tanış olaq
loading...