Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Şah Abbasın dövründə Nadirin fəaliyyəti

Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq, bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.

Nadir şahın Hindistandan gətirtdiyi Kuhi-Nur adlı brilyant

A.Bakıxanovun yazdığına görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə osmanlıların qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qapasında qoyaraq, 15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirlə döyüşə girməkdən boyun qaçırır və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədi ilə Nadir belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadiri İrəvana qədər təqib edir. Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadir osmanlılarla ölüm-dirim savaşına girir. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra İrəvan qalası və Tiflis qalasındakı osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə Nadirqulu xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır. Və həmin mübarizədə gələcək müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadirqulu şahın tabeçiliyindən ilk çıxan belə müstəqil xanlıq Şəki xanlığı olmuşdu. 1735]-ci ildə bağlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Osmanlı ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə sünni Türkiyəyə meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir əz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumuğa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.


Tarix: 01.03.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Dunya ve tarixi
loading...