Qəsri-Şirin sülh müqaviləsi—1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan saziş.Mündəricat
1 Tarixi
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Tarixi
1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlanır. Bu da təsadüfi deyil. Qəsri-Şirin müqaviləsi 1514-1639-cu illərdə müəyyən fasilələrlə davam edən Səfəvi-Osmanlı müharibələrinin yekun sənədidir.
Əvvəlki sülh müqavilələri kimi Mərənd sülhü də etibarlı olmadı. 1623-cü ildə tərəflər arasında yeni müharibə başladı. Bu dövrdə əsas mübarizə Ərəb İraqında gedirdi. Səfəvi hökmdarı Şah Abbas Bağdad, Kərbəla, Nəcəf və b. şəhərlərlə birgə Ərəb İraqını tutdu. Cənubi Qafqazda isə Axalsix ələ keçirildi. Şah Abbasın ölümündən sonra müharibəni hakimiyyətə gələn I Səfi (1629-1642) davam etdirdi. Osmanlı sultanı IV Murad (1623-1640) Azərbaycana yürüşə başladı. 1634-cü ilin avqustunda İrəvanı tutan osmanlılar Təbrizə yönəldilər. Təbriz evakuasiya olundu. Şəhəri döyüşsüz tutan osmanlılar burada çox qala bilmədilər. 1635-ci ilin aprelində isə Səfəvilər İrəvanı azad etməyə nail oldular. Bağdad ətrafında döyüşlər osmanlıların xeyrinə oldu, şəhər ələ keçirildi. Tərəflər arasında sülh danışıqları başladı. 1639-cu il mayın 17-də Qəsri-Şirində Səfi xan (Səfəvilər tərəfdən) və Qara Mustafa paşa (Osmanlılar tərəfdən) müqaviləni imzaladılar. Bu müqavilə, əsasən 1612-ci il Səfəvi-Osmanlı sülhünü qüvvədə saxlayırdı. Müqaviləyə görə İraqi Ərəb osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar osmanlılarda qalırdı. Cənubi Qafqazda isə sərhədlər əvvəlki kimi qalırdı. Bununla birgə Səfəvilər İran və Qarsın, həmçinin Axalsixin işlərinə qarışmayacaqlarına təminat verirdi. Arazın sağ sahilindəki Qotur, Maku və Mağazberd qalasının sökülməsi nəzərdə tutulurdu. Müqavilə Şah Səfi (1639-cu il 20 may) və Sultan IV Murad tərəfindən ratifikasiya olundu. 1639-cu il Qəsri-Şirin sülhü 1514-cü ildən davam edən Osmanlı-Səfəvi müharibələrinə son qoydu. Hər iki ölkənin siyasi və iqtisadi həyatına müsbət təsir göstərdi.
Tarix: 01.03.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 778 Bölmə: Dunya ve tarixi