Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah Süleyman və Gürcüstan

1666-cı ildə II Şah Abbas Səfəvi vəfat etdi. Abbasqulu ağa Bakıxanovun yazdığına görə «Gürcüstan asilərini cəzalandırmaqla yanaşı, bu hökmdar özünün ədalətliliyi, ciddiliyi və şeirə məhəbbəti ilə məşhur olmuşdur». II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman (II Səfi) çıxdı. Öz sələfləri kimi Borçalıya xüsusi önəm verən Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Qaxetə qayıdan İraklini yanına çağırtdırdı.

Şahın İraklini Qaxetə hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda,atası Rüstəm xanın yanında dəfn etdilər.

Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək Şahnəvaz (II) adı ilə vali təyin etdi. Qaxetin idarəçiliyi isə yerli qızılbaş əyanlarına həvalə olundu. Bu dövrdə Qaxetin şərq hissəsinə və ona bitişik Azərbaycan torpaqlarına - Car - Balakənə xeyli Dağlı xalqlar (ləzgilər,avarlar və s.). Atasından fərqli olaraq qızılbaşlara o qədər də sədaqətli olmayan II Şahnəvaz xan səfəvilərə qarşı ittifaq bağlamaq məqsədilə Osmanlı ilə, bəzi Avropa dövlətlərilə, hətta Roma papası ilə danışıqlar apartırırdı. Onun bu xəyanətkar hərəkətlərinə cavab olaraq Süleyman şah 1688-ci ildə II Şahnəvazı vəzifəsindən uzaqlaşdıraraq, İslamı qəbul edərək Nəzərəli xan adını alan İraklini Tiflisə canişin göndərdi.


Tarix: 01.03.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Dunya ve tarixi
loading...