Validə Sultan—Osmanlı sultanının analarına verilən titul
Əri vəfat edən xanımlar "Köhnə saray"a yollanardılar və əgər İmperator olacaq oğulları yox idisə, ömürlərinin sonuna qədər orda yaşayardılar. Yox, əgər övladları padşah olardısa, onda yenidə Saraya qayıdar və Validə Sultan olaraq bir çox mühüm işlərin qulpundan yapışardılar.
Köhnə Saraydakı qadınlar həyatlarının qalan hissəsini ümumiyyətlə ibadətə verər, xeyirxahlıqla məşğul olardılar.
Osmanlı padşahları arasında ən çox qadınla evlənən I Abdulməcid olub. Onun 11 qadın əfəndi, 8 iqbal və 3 görümcəsi olmaqla ümumilikdə 22 xanımı olub. Bununla yanaşı, Yavuz Sultan Səlim, II Səlim, III Mehmet, IV Murad və II Əhmədin – bir, Osman Qazi, Çələbi Sultan Mehmet, III Əhməd, II Osman və III Osmanın – iki xanımı olub. I Mustafanın isə xanımının olmadığı təsbit olunub.
Osmanlı Hərəminin ən məşhur qadını I Əhmədin xanımı, IV Muradın anası Kösəm Sultan (Mahpeyker Sultan) olub;
Evliliyi ən davam edən isə II Mehmetin 6-cı xanımı Anna Xatundur;
III Muradın Baş xanımı, III Mehmetlə, Ayşə Sultanın anası Safiyə Validə Sultan (Venedikli Baffo) isə cariyə olmasına baxmayaraq, Osmanlı hərəmində dövlət işlərinə ən çox qarışan qadın olaraq tarixə düşüb...
Tarix: 28.02.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Dunya ve tarixi