Mərv döyüşü — 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri).Mündəricat
1 Tarixi
2 Döyüş
3 İstinadlar
4 Həmçinin bax
Tarixi
Şeybanilər təxminən 1495-ci ildə Mavərənnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin zaman Xorasan Şeybanilərin nəzarəti altında idi.
Döyüş
Şah İsmayıl böyük sürətlə Xorasana çatdı. Şeybani xanı özbək qəbilələrindən əlavə yardım gözləmək üçün Mərv qalasına çəkildi. Şah İsmayl sonra yalandan geri çəkildi, özbəklər onu təqib etmək üçün qalanı tərk elədi, amma səfəvi ordusu tərəfindən məğlubiyyətə uğradıldı.
Tarix: 01.03.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Dunya ve tarixi