Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çələbi Lütfi Paşa

Çələbi Lütfi Paşa- Çələbi Lütfü Paşa (d. ? - o. 27 Mart 1564 Dimetoka), Qanuni Sultan Süleymanın padişahlığı dövründə 13 İyul 1539 - aprel 1541-ci illər arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.

Həyatı

Kürəkən Çələbi Lütfi Paşa həyatını, tarixlər göstərmədən yazdığı "Asafname" adlı kitabından yazmışdır.

Harada doğulduğu və haralı olduğu bilinməməklə birlikdə Alban olduğu rəvayət edilməkdədir. Avlonya ətrafından yığma olaraq gətirildi və sarayda təhsil aldı. Çuhadar ikən Yavuz Sultan Səlimin taxta keçməsiylə xarici vəzifəyə keçirildi. Daha sonra çeşnigirbaşı, qapıçıbaşı və miralemlik kimi vəzifələrdə işlədi.

1522-ci ildən etibarən Aydın, ardından Yana sancaqbəylyi etdi. Bu vəzifədəykən 1529-cu ildə I Viyana Əhatə etməsinə qatıldı.

1529-cu ildə Şam qubernatoru oldu və eyni il sonu bu vəzifədən azad edildi. 1531-ci ildə ikinci dəfə Şam qubernatoru oldu. 1533-cü ildə Qaraman Bəylərbəyi oldu və Iraq Səfərində müvəffəqiyyətli xidmətlər göstərdi. 1534-cü ildə qübbə vəzirliyi vəzifəsinə təyin edildi. Anadolu Bəylərbəyliyinə, ardından 1536-cı ildə Rumeli Bəylərbəyliyinə təyin edildi. Üçüncü vəzirliyə gətirildi. 1537-ci il Korfu Səfəri əsnasında Xeyrəddin Barbarossa ilə birgə donanma sərdarı olaraq dənizə çıxdı və İtaliya sahillərini vurdu. Bu vaxt Venediklilərə göndərdiyi elçinin əsir alınması səbəbilə, Venediklilərə döyüş açılmasına və Korfu adasının əhatə edilməsinə qərar verildi. İki həftə qədər davam edən əhatə etmə Çələbi Lütfi Paşanın zəfər gözləməsinə baxmayaraq padşahın əmriylə qaldırıldı. Lütfi Paşa da geri çağırılıb İstanbula döndü. Bir müddət sonra ikinci vəzirliyə təyin edildi və Boğdan səfərində iştirak etdi.

Gənc yaşdan etibarən dövlət vəzifəsinə gələn eyni zamanda Qanuninin bacısı Şah Sultanla qısa sürən bir evlilik edərək saraya kürəkən də oldu.

13 İyul 1539-cu ildə Ayaz Məmhməd Paşanın vəbadan vəfatından sonra sədrəzəm oldu. Təxminən iki il bu vəzifədə qalan Lütfü Paşa, aprel 1541-ci ildə azad edildi və yerinə Süleyman Paşa sədrəzəm oldu. Sədrəzəmlikdən azad edilmə səbəbi həyat yoldaşı olan Yavuz Sultan Səlimin qızına yumruq atması və padşahın bacısına qarşı olan vəziyyəti öyrənməsi ilə saraydan atılmasıdır.

Çələbi Lütfi Paşa Dimetokaya sürgün edildi. 1542-ci ildə bağışlanılıb həccə getdi. Həcc dönüşündə Dimetokadakı cütlüyünə çəkildi və daha çox əsərlər yazmaqla məşğul olaraq iyirmi ilə qədər yaşadı.

27 mart 1564-cü ildə vəfatından sonra Yeniqapıda dəfn olundu.

Əsərləri

Sadarətə keçər keçməz hələ tanınmayan Memar Sinanı saraya təqdim etmiş, beləcə arxitekturada bir dövrün başlanğıcına səbəb olmuşdur.

Osmanlı xəbərləşmə, ulaq sistemi ilə əlaqədar olaraq yeni tənzimləmələr etmiş və çatışmamazlıqları aradan qaldırmağa çalışmışdır.

Çələbi Lütfi Paşanın iyirmini aşan əsərlərinin çoxu dini mövzularda, iki dənəsi isə tarixlə əlaqədardır. Ən çox tanınıan əsərlərindən "Tevarihi Əli Osman" Osmanlı dövlətinin quruluşundan 1553-cü ilə qədər olan dövrü izah edir. "Asafnamə" isə Lütfi Paşanın ən tanınmış əsəri olub, özü də "Asafnamə" müəllifi olaraq tarixə düşmüşdür. Siyasətnamə növündəki əsər dövlət idarəsi peşəsinə aid təsbitlər və məlumatlar ehtiva edir.


Tarix: 28.02.2013 / 21:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Dunya ve tarixi
loading...