Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilər dövründə inzibati-ərazi vahidləri

Səfəvilər dövləti Orta çağda olmuş digər qurumlarə görə çox kamil dövlət idi. Dövlət inzibati-ərazı baxımından əyalətlərə bölünürdü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər.Bu inzibati ərazilərə yerinə görə kədxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları Kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə Ustaclılar və Qacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı.

“Təzkirət əlmülük”ə əsasən, bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi: 1) Şirvan, 2) Qarabağ və Gəncə, 3) Azərbaycan (indiki Cənubi Azərbaycan), 4) Çuxursəəd, 5) Qəzvin, 6) Qələmrov-i Əli Şəkər (Həmədan), 7) Kuhgiluyə (Fars), 8) Kirman, 9) Astrabad, 10) Məşhəd-i müqəddəs-i müəlla, 11) Herat, 12) Mərv-i Şahicahan, 13) Qəndəhar.Səfəvilər dövləti Orta çağda olmuş digər qurumlarə görə çox kamil dövlət idi. Dövlət inzibati-ərazı baxımından əyalətlərə bölünürdü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər.Bu inzibati ərazilərə yerinə görə kədxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları Kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə Ustaclılar və Qacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı.

“Təzkirət əlmülük”ə əsasən, bəylərbəyilərin idarə etdikləri vilayətlərin sayı on üç idi: 1) Şirvan, 2) Qarabağ və Gəncə, 3) Azərbaycan (indiki Cənubi Azərbaycan), 4) Çuxursəəd, 5) Qəzvin, 6) Qələmrov-i Əli Şəkər (Həmədan), 7) Kuhgiluyə (Fars), 8) Kirman, 9) Astrabad, 10) Məşhəd-i müqəddəs-i müəlla, 11) Herat, 12) Mərv-i Şahicahan, 13) Qəndəhar.


Tarix: 01.03.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Dunya ve tarixi
loading...