Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gürcüstanın tabe edilməsi

Gürcüstan XVI əsrdə bir neçə çarlığa parçalanmışdı. Çarlıqlar arasında müharibə gedirdi. Bu müharibədə Mesxiya çarı Səfəvilərə müraciət etdi və taxtının qaytarılacağı təqdirdə Səfəvilərə itaət edəcəyini bildirdi. Buna görə Şah I İsmayıl Əli xan Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli xan bütün Gürcüstanı tabe etdi və Şahın yanına döndü. Ancaq İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli xan yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər.


Tarix: 01.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Dunya ve tarixi
loading...