Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarımız üçün sobada çipsi hazırlayaq

Ən çox uşaqların sevdiyi bu çipslər çox dadlıdır.Ancaq zövqə görə arzu edənlər ədviyyat və duz əlavə edə bilər.Beləki evdə hazırlanmış çipslər təhlükəsizdir və könül rahatlığı ilə uşaqlara vermək olar.Ancaq çox saxlamaq məsləhət deyil.
ƏRZAQLAR.
Kartof-2-3 ədəd(orta boy)
Ədviyyat-zövqə görə
Duz-zövqə görə
HAZIRLANMASI:
Kartoflar yuyulur,qabıqları soyulub nazik və lay-lay doğranır.Bir kartofun layları perqament kağızının üstünə qoyulur,istəyinizə görə ədviyyat və duz vurulur. Mikrodalğalı soba 700 vt. isidilərək 3-5 dəq. bişirilir.Hər şey sizin sobanızın bişirməsindən asılıdır.Dilimlərin üstü qəhvəyi rəng aldıqda sobadan çıxarılıb kağız salfetlərin üstünə qoyulur.Əgər tez çıxarsanız,çipsləriniz xırt-xırt olmayacaq.Kortoflar qurtarana kimi belə bişirməyə davam edin.

NUŞ OLSUN


Tarix: 29.11.2014 / 14:31 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Dünya mətbəxi
loading...