Marqarita pizza resepti
Tərkibi:
Xəmir:
Un – 150 qr.
Zeytun yağı – 20 qr.
Duz – 10 qr.
Şəkər tozu – 0,5 ç/q.
Maya – 7 qr.
Bütün ərzaqları qarışdırıb, xəmir yoğurursunuz və ən azı 30 dəqiqə isti yerdə dincə qoyursunuz.
Üstü üçün:
Pomidor – 3 ədəd
Zeytun yağı – 5 x/q.
Motsarella – 250 qr.
Kəklikotu
Hazırlanması:
Pomidorları sürtgəcdən keçirib, bir qaşıq zeytun yağı töküb, qaynadırıq. Pitsa xəmirini yaymazdan öncə zeytun yağı ilə yağlayıb, sonra xəmiri açırıq. Üzərinə pomidor sosunu və xırda-xırda doğranmış motsarella pendirini də əlavə edirik. Sonra 2 xörək qaşığı zeytun yağı səpirik. Kəklikotu ilə bəzəyirik. Əvvəlcədən qızdırılmış sobada 250 dərəcə temperaturda 20dəqiqəyə bişiririk.
Nuş olsun!
Tarix: 29.11.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Dünya mətbəxi
loading...