Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türk sayağı qıymalı pomidor dolması resepti

Tərkibi:
Yarım kq orta boy pomidor
250 qr qıyma
1 ədəd böyük boy soğan
1 çay stəkanı düyü
Yarım dəstə cəfəri
1 yemək qaşığı duru yağ
2 yemək qaşığı tamat
2,5 su stəkanı ilıq su
1 tutam qara bibər
Kifayət qədər duz

Hazırlanma qaydası:
Düyünü yuyub duzlu ilıq suda 15 dəqiqə gözlədin.
Pomidorları yaxşıca yuyun, sap qisimlərini qapaq olacaq şəkildə kəsin və içlərini çox dərinə enmədən oyun.
Soğanı soyub kiçik kiçik doğrayın.
Cəfəriləri yuyub incə incə doğrayın.
Geniş bir qabın içində qıymanı, suyunu süzdüyünüz düyüləri, cəfərini, 1 yemək qaşığı tamatı, yağı, pomidor içlərini, duz və qara bibəri yaxşıca qarışdırın.
Hazırladığınız qarışığı pomidorların içlərinə doldurun.
Qalan tamatı 2 su stəkanı ilıq suda əridin.
Pomidorları qazana düzün, üzərinə tamatı suyu əlavə edin.
Qapağı bağlı olaraq yumuşayana qədər bişirin.
İsti olaraq servis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Dünya mətbəxi
loading...