Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu mərcili şorba
Noxudlu mərcili şorba

MATERİAL SİYAHISI:

1 su badağı qırmızı mərci
1 su stəkanı pörtmüş noxud
1 yerkökü
1 soğan
1 kartof
1 su stəkanı ət suyu
1 xörək qaşığı kərə yağı
Duru yağ
Su
Duz

İÇİ:

Yerkökü, kartofu və soğanı kub doğrayırıq. Qazana duru yağ tökürük. Soğanı qovururuq, sonra yerkökü və kartofu qoyub qovurmaya davam edirik. Mərci də qoyub qarışdırırıq. Çiy qoxusu çıxana qədər istiləşəndən sonra üzüm suyunu qoyuruq və qarışdırırıq. İsti su qoyuruq. Ət suyunu tökürük və qapağını örtərək bişməyə qoyuruq. Duzunu atırıq. Tərəvəzlər və mərci bişəndə əl blendırından keçiririk. Konsistensiya tünd olsa isti su əlavə edirik. Kiçik bir tavaya kərə yağını və noxudu qoyuruq. Noxudu kərə yağında qovururuq. Şorbanı süfrəyə verərkən üzərinə kərə yağlı noxudu tökürük.


Tarix: 13.04.2015 / 00:39 Müəllif: Nurana Baxılıb: 74 Bölmə: Şorbalar ve Helimler
loading...