Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sosiskalı kartof yeməyi resepti

Tərkibi:
200-300 qr sosiska
4-5 dənə orta ölçülü kartof
1 xörək qaşığı tomat
Duz
Kəklikotu
Qırmızı istiot

Hazırlanması:
Kartofları kub-kub doğrayın. Qazanın dibinə 1-2 xörək qaşığı maye yağ atdıqdan sonra kartofları yağda qarışdırın. Dərhal üzərinə halqa halqa doğradığımız sosiskaları əlavə etdikdən, sonra 1 xörək qaşığı tomatımızı əlavə edin.
Gözə-yarı suyu töküb duzunu, kəkliyotunu və bibərini əlavə edib qaynamağa qoyun
Qaynadıqdan sonra, az odda 30 dəq. qədər bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:57 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Şorbalar ve Helimler
loading...