Rəhimov Şamo Arif Süleyman oğlu (Şamo Arif) — yazıçı, publisist, geoloq. Süleyman Rəhimovun oğlu.
Həyatı
Şamo Arif 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. O həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışan alim, ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edir.
Şamo Arif 16 iyun 2012-ci ildə vəfat etmişdir
Tarix: 19.01.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Şairlər və Yazıçılar