Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maşallah Xudubəyli

Maşallah Xudubəyli - tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Həsr olunmuş şeirlər
4 Həmçinin bax


Həyatı

1950-ci ildə Ulu Göyçənin Nərimanlı kəndində, mahalın qüdrətli söz ustadı Xəstə Bayraməlinin ailəsində dünyaya gələn tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli həm də qədim folklorumuzun cəfakeşlərindən biridir. Özünün tədqiqatçılıq, jurnalistlik və publisistik fəaliyyətini bir neçə sahədə davam etdirən M.Xudubəylinin folklorla bağlılığı hələ Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmamışdan da əvvəl, çox erkən çağlarından başlayıb.

Həm də musiqi tədqiqatçısı olan M.Xudubəyli dünyanın nadir radio jurnalistlərindən biridir ki, onun kompozisiyaları kompakt-disk şəklində ölkələr dolaşmaqdadır. Müəllifin qardaş Türkiyədə "Haqq yolunda susmazam mən" və "Ya Qarabağ, ya ölüm" kompozisiyalarının kompakt-diski böyük tirajla buraxılıb və Şərqin, Avropanın müxtəlif şəhərlərinə yayılıb.

Yüzlərlə ədəbi-bədii, elmi-publisistik yazıların, bir neçə kitabların, o cümlədən dərslik vəsaitlərinin müəllifi olan Maşallah müəllimin mövzuları çoxşaxəlidir, dili şirin və axıcıdır. Universiteti bitirəndən sonra bir müddət "Yazıçı" nəşriyyatında, sonra isə Azərbaycan Dövlət tele-radio verilişləri şirkətində məsul işlərdə çalışıb.

Hazırda AMEA Folklor İnstitutunun elmi əməkdaşı olan M.Xudubəyli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.



Əsərləri
"Mənim sazlı-sözlü dünyam". I kitab. Bakı:
"Mənim sazlı-sözlü dünyam". II kitab. Bakı: "Elm və təhsil", 2010, 184 səh.
"Mənim sazlı-sözlü dünyam". III kitab. Bakı:
"Göyçəm, həsrətim mənim", Bakı: "Nurlan", 2011, 132 səh. 500 tiraj.
"Göyçə həsrətli bayatılar", Bakı: "Nurlan", 2011,

Həsr olunmuş şeirlər

Çətindi
Maşallah Xudubəyliyə

Mənim dərdim, sənin dərdin eynidi,
Ata demə, ata dərdi çətindi,
Ata üzü görməmişik, Maşallah,
Babayam, yenə də birdi, çətindi.

Dəcəllik eləyib ata yormadıq,
Övlad olub qulluğunda durmadıq,
Kim deyər ki, aramadıq, sormadıq,
Zaman bizə sinə gərdi, çətindi.

Anam yol gözləyir, hər saat, hər an,
Əlli dörd ildir ki, səbri durmadan,
İstəsə düzəldər qadiri-sübhan,
Anam mənim üçün pirdi, çətindi.

Lala ana Lalasıdı Göyçənin,
Balalar da balasıdı Göyçənin,
Cənnətə bax, havasıdı Göyçənin,
Gözüm niyə qaçqın gördü, çətindi.

Xəstə Bayraməli eli yandırır,
İslam Pürzə kimi külü yandırır,
Zəkiyə əl atma, əli yandırır,
Şükür, yaradana, sirdi, çətindi.
Zəki İslam - şair.


Tarix: 17.01.2013 / 11:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 493 Bölmə: Şairlər və Yazıçılar
loading...