Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməd Ağaoğlu

Səməd Ağaoğlu — yazıçı, Əhməd Ağaoğlunun övladı.

Həyatı

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur.

Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında dünyasını dəyişmişdir.

Yaradıcılığı

Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanmışdır. Bundan əlavə, onun on beşə qədər kitabi çap olunmuşdur ki, ("Тanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir.

Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə — 1967-ci ildə Azərbaycana gəlmiş, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr etmişdir.

Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aкtuallıq kəsb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. "Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunmuşdur.


Tarix: 19.01.2013 / 15:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Şairlər və Yazıçılar
loading...