Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Aslan Bozalqanlı

Həyatı

Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur.

Texnika elmləri namizədi, ARDNŞ Baş ofisinin şöbə müdiri, bir sıra elmi və bədii kitabların müəllifidir.

İngilis və rus dillərini bilir.

Bir oğlu, bir qızı var.

İstehsalat fəaliyyəti

1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir.

Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.

Dünya Neft Şurası və Azərbaycan Milli Neft Komitəsi idarə heyətinin, Avropa Enerji Xartiyası Sənaye Məsləhət Şurasının, Azərbaycanın Avropa Enerji Xartiyası üzrə Ekspert Komissiyasının, Yataqların Ehtiyatlarının Hesablanması üzrə Mərkəzi Komissiyanın, Yataqların İşlənməsi üzrə Ekspert Komissiyasının üzvü, ARDNŞ-nin Elmi-Texniki Şurasının sədr müavini, Neft–Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Məclisinin üzvüdür.

Təhsili və elmi fəaliyyəti

Nazim Aslan oğlu Vəliyev - 1977-1982 Azərbaycan Dövlət Neft Akademiyasında (keçmiş "Azərbaycan Neft və Kimya institutu"nda), 1998-2022-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir:

90 elmi işin, o cümlədən dərc edilmiş 60-dən çox elmi məqalə və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. 1990-cı ildə "Qeyri-bircinsli yataqlarda suvurma və maye hasilatını tənzimləməklə işlənmə göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək "Texnika elmləri namizədi" elmi adını almışdır

Ədəbi fəaliyyəti

N.Vəliyev hələ orta məktəbdə oxuduğu vaxtlardan poeziyaya maraq göstərmişdir. "Neftçi" ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində müntəzəm dərc olunur. "Sənsiz yaşamağa dəyməz" (Bakı, "Azərbaycan", 2000) və "İzin qalacaq" (Bakı, "Yazıçı", 2011) adlı 2 şeir kitabı nəşr edilmişdir.

Mükafatları
Bir sıra diplomlara və keçmiş ""SSRİ Neft Sənayesi Nazirliyi""nin və ARDNŞ-nin fəxri fərmanlarına layiq görülmüşdür.
"Qızıl qələm" mükafatı laureatıdır;
"Tərəqqi" medalı: 2008-cu il[1];
"Əməkdar Mühəndis" Fəxri adı: 2011-ci il[2].

İstinadlar
↑ Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18.09.2008 tarixli № 3049 saylı Sərəncamı
↑ Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.09.2011 tarixli Sərəncamı


Tarix: 17.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Şairlər və Yazıçılar
loading...