Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emil Ağayev

Ağayev Emil Güləli oğlu - publisist, ssenarist, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.Mündəricat [göstər]


Həyatı

Emil Ağayev 1938-ci il oktyabrın 11-də Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Dəvəçi rayonunun Pirəbədil kəndindəki 11 illik orta məktəbdə, sonra Abşeron rayonunun Gilgilçay qəsəbəsindəki 8 illik məktəbdə müəllimlik etmişdir. 1957-ci ildən mətbuat sahəsində çalışır.

Azərbaycan Dövlət Universitetinin aztirajlı qəzetində ədəbi işçi, "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik etmiş, məsul katibin müavini olmuşdur. "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1971-1989) və APN (RİA "Novosti") agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləmişdir. "Yurd", "Qütb", "Populyar" jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi (1994-1995) olmuşdur.

Hazırda "Kavkaziya" analitik və informasiya agentliyinin (Münhen, AFR) müstəqil məsləhətçisidir. Azərbaycan Yazıçıları İttifaqı nəzdində oçerk və publisistika şurasının sədridir (1988-ci ildən). Sovet yazıçıları nümayəndə heyətinin tərkibində Polşa, Rumıniya, Bolqarıstanda simpozium və görüşlərdə iştirak etmişdir.

Bədii yaradıcılığında oçerk, esse, publisistik məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatından rus dilinə tərcüməyə xüsusi diqqət yetirir. Onun tərcümə etdiyi ilk hekayə tələbəlik dövründə universitetin "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı qəzetində, ilk məqaləsi isə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. Mərkəzi və respublika dövri mətbuatında, almanax və məcmuələrində müntəzəm çıxış edir.

Onun ssenariləri əsasında bir sıra sənədli, həmçinin tammetrajlı bədii-publisistik "Semya - sem "ya"" (1982), "Ya jivu v Baku" (1985) və bədii "Rıtsari çernoqo ozera" (1984, S.Vəliyevin "Şor Cüllütü" əsəri əsasında) filmləri çəkilmişdir. ""Armyanskiy qenosid": mif i realnost" kitabının xüsusi redaktorudur.

Əsərləri
1.Я встретил. Баку: Гянджлик, 1972, 157 стр.
2.Собратся с мыслями. Баку: Гянджлик, 1975, 170 стр.
3.Atalardan soruşun. Bakı: Yazıçı, 1980, 206 səh.
4.Города и люди. Баку: Гянджлик, 1984, 346 стр.
5."Bakı" (bələdçi - ingilis, fransız, alman və ispan dillərində). M.: Raduqa, 1987, 199 səh.
6."Каспий: быть или не быть?". Баку: Язычы, 1989, 183 стр. (совместно с ...).
7.Oğurlanmış vəzifə (hekayə, esse və oçerklər). Bakı: Azərnəşr, 1993, 142 səh.

Tərcümələri

(rus dilinə)
1.И. Эфендиев. Повесть о Сарыкёйнек и Валехе. M.: 1983, 375 стр.

Filmoqrafiya
Bir alaydan olanlar (film, 1975)
Ev dirəyi-el dirəyi (film, 1982)
Əbədi qardaşlıq (film, 1975)
Həyatımızın himni (film, 1978)
Xəzər oğlu (film, 1971)
Xəzərin sərt kilometrləri (film, 1979)
İnsan Xəzəri xilas edir (film, 1969)
Qara gölün cəngavərləri (film, 1984)
Mən Bakıda yaşayıram (film, 1986)
Mənim sevimli oyunum (film, 1975)
Nailiyyətlər estafeti (film, 1981)
O, Lenini görmüşdür (film, 1972)
Ürək yaddaşı (film, 1981)
Yoldaş Alyoşa (film, 1979)
Zuqulbaya gəlin (film, 1972)


Tarix: 14.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 623 Bölmə: Şairlər və Yazıçılar
loading...