İsmayılzadə Cəfər Balaəmi oğlu - şair, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), baş elmi işçi (1973), əmək veteranı, (1977), elm veteranı (1988)
Həyatı
Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913-1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920-1922). Bakı Darül müəllimində təhsilini davam etdirmişdir (1922-1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929-1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin tarix fakültəsində qiyabi təhsil almış (1941-1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (19 1990). "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1958-1990). Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən). Bundan sonra öz şeir, elmi əsər və tərcümələrini "Cəfər Rəmzi" təxəllüsü ilə dövri mətbuatda çap etdirmişdir. "Deyilən söz yadigardır" üç cildlik kitabın toplayını və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib çapa vermişdir. XIX-XX əsrlər poeziyasında satira problemi ilə məşğul olmuşdur.
1996-cı il sentyabrın 11-də Bakıda vəfat etmişdir. Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.
Əsərləri
1.Şeirlər. Bakı: Azərnəşr, 1974, 92 səh.
2.Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğəti. Bakı: Maarif, 1966, 220 səh.
3.Yəğma Cəndaqinin poeziyası. Bakı: Elm, 1976.
4.Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı: Maarif, 1981, 280 səh.
5.Günləri sayıram. Bakı: Yazıçı, 1982, 88 səh.
6.Ürəkdən gələn səslər. Bakı: Yazıçı, 1986, 128 səh.
7.Deyilən söz yadigardır (üç cilddə). Bakı: Yazıçı, 1987, 350 səh.
Tərcümələri
(fars və ərəbcədən)
1.Xarici yumor. Bakı: Azərnəşr, 1964, 108 səh.
2.Behiştin narları. Bakı: Azərnəşr, 1968, 166səh.
3.Gəlin birlikdə gülək. Bakı: Azərnəşr, 1970, 112 səh.
4.Dünya xalqlarının yumoru. Bakı: Azərnəşr, 1976, 128 səh.
Tarix: 14.01.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 465 Bölmə: Şairlər və Yazıçılar