Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa Hümmətov

Hümmətov İsa Rüstəm oğlu - nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988).

Həyatı

İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib Yerevanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.

Əsərləri
1. Ətirli çiçəklər. Bakı: Azərnəşr, 1959, 161 səh.
2. Atanın həsrəti. Bakı: Azərnəşr, 1960, 162 səh.
3. Nənə, əlini mənə ver. Bakı: Uşaqgəncnəşr, 1964, 44 səh.
4. Ehtiyat qapıçı. Bakı: Uşaqgəncnəşr, 1966, 121 səh.
5. Nazilə. Bakı: Uşaqgəncnəşr, 1968, 94 səh.
6. Muğanın fəxri. Bakı: Azərnəşr, 1969, 64 səh.
7. Günəşi qabaqlayanlar. Bakı: Azərnəşr, 1971, 74 səh.
8. Mövlud ayı. Bakı: Azərnəşr, 1971, 48 səh.
9. Həyatımın mənası. Bakı: Azərnəşr, 1973, 111 səh.
10.Araz çağlayan yerdə. Bakı: Azərnəşr, 1976, 48 səh.
11 Baba yadigarı. Bakı: Gənclik, 1977, 161 səh.
12.Dünyanın bəzəyi. Bakı: Gənclik, 1979, 182 səh.
13.İki məhəbbət. Bakı: Yazıçı, 1981, 222 səh.
14.Çinar əfsanəsi. Bakı: Gənclik, 1983, 157 səh.
15.Şeytanın qurbanları. Bakı: Yazıçı, 1987, 280 səh.


Tarix: 16.01.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Şairlər və Yazıçılar
loading...