Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Hüseynov

Hüseynov Akif Məmməd oğlu - ədəbiyyatşünas, tənqidçi, 1972-ci ıldən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989).

Həyatı

Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958).

ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalı nın baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur.

Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).

Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.

Əsərləri
Nəsr və zaman. Bakı: Yazıçı, 1980, 185 səh.
Müxtəlifliyin birliyi. Bakı: Yazıçı, 1983, 216 səh.
Sənət meyarı. Bakı: Yazıçı, 1966, 315 səh.
Həyat və sənət həqiqəti. Bakı: "TS" Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001, 204 səh.
Sevgi nəğmələri. Bakı: "TS" firması mətbəəsi, 2002, 80 səh.


Tarix: 13.01.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Şairlər və Yazıçılar
loading...