Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulamhüseyn Beqdeli

Beqdeli Qulamhüseyn Fətulla xan oğlu - ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1969), professor (1970).

Həyatı

Qulamhüseyn Beqdeli 1919-cu ilin baharında İranda Tehran şəhərində doğulmuşdur. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Girmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Cənubi Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.

Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. Bakı Ali Partiya məktəbinə daxil olmuşdur (1947). Sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə alınmış, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət verilmişdir. Təhsilini davam etdirmiş, Bakı Ali Partiya məktəbini bitirmişdir (1958). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir (1958-ci ildən). "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1960). "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1968).

1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur. 1998-ci il mayın 24-də Tehran şəhərində vəfat etmişdir[1]


Tarix: 16.01.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Şairlər və Yazıçılar
loading...