Rüstəm İbrahimbəyov — yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi. Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatıdır.Mündəricat
1 Həyatı
2 Nailiyyətləri
3 Qeydlər
4 Filmoqrafiya
5 İstinadlar
6 Xarici keçidlər
7 Həmçinin bax
Həyatı
Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan, Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. O həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır.
Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada S.A. Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
Xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır.
Nailiyyətləri
"Urqa – məhəbbət dairəsi (1991)" Nikita Mixalkov tərəfindən ekranlaşdırıldı və ABŞ-da "Cənnətə bağlı" (Close to Eden) adıyla tanındı. Film Venesiya Film Festivalının Qızıl Şir Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks Mükafatı"na layiq görüldü. Bu film hətta ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına layiq görüldü.
Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (Nikita Mixalkov tərəfindən ekranlaşdırılıb) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya Mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görüldü.
Onların daha bir filmi "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayıldı.
1999-cu ildə İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı Fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
Qeydlər
Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının ssenari müəllifidir.
Onun ssenarisi əsasında çəkilmiş "Səhranın Bəyaz Günəşi" filmi bir vaxtlar keçmiş SSRİdə ən çox baxılan film olmuşdur.
Filmoqrafiya
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)(ssenari müəllifi)
Bir cənub şəhərində (film, 1969) (ssenari müəllifi)
Səhranın Bəyaz Günəşi (1969) (ssenari müəllifi)
Çekist Haqqında Povest (1969) (ssenari müəllifi)
Müharibənin Sonunda Sakit Gün (1970) (ssenari müəllifi)
Arzu (film, 1972)(ssenari müəllifi)
Təki dam olsun... (film, 1972) (rejissor, ssenari müəllifi)
O vaxt mən yox dedim (1973) (ssenari müəllifi)
Nəğmə Dərsi (1974)(ssenari müəllifi)
Ürək... Ürək... (film, 1976) (ssenari müəllifi)
Süita (1976) (rejissor, ssenari müəllifi)
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-ssenari müəllifi
Risqin strategiyası (1978) (ssenari müəllifi)
Bir ailəlik bağ evi (film, 1978) (ssenari müəllifi)
Kontor (film, 1978)(ssenari müəllifi)
Qara Qarayev-60 (film, 1978)(ssenari müəllifi)
Məhəbbətlə Yarıbayarı (1979) (ssenari müəllifi)
İstintaq (film, 1979) (ssenari müəllifi)
Anın quruluşu (film, 1980) (ssenari müəllifi)
Neft çağırır (film, 1980)(ssenari müəllifi)
Bağlı qapı (film, 1981) (ssenari müəllifi)
Son söz (film, 1981)(ssenari müəllifi)
Başlanğıc (film, 1982)(ssenari müəllifi)
İstirahət gecəsi (film, 1982)(ssenari müəllifi)
İşgüzar səfər (film, 1982) (ssenari müəllifi)
Yeddi gözəl (film, 1982)(ssenari müəllifi)
Gəmi saatının sirri (film, 1983) (ssenari müəllifi)
İlişdim (film, 1983)(ssenari müəllifi)
Nə haqla? (film, 1983)(ssenari müəllifi)
Park (film, 1984) (ssenari müəllifi)
Bir axşam... (film, 1985)(ssenari müəllifi)
Səfillər (film, 1985)(ssenari müəllifi)
Talismanım, Qoru Məni (1986) (ssenari müəllifi)
Vurulmayan Sillə (1987) (ssenari müəllifi)
Sərbəst Enmə (1987) (ssenari müəllifi)
Özgə ömür (film, 1987) (ssenari müəllifi)
Filyör (1987) (ssenari müəllifi)
Rüstəm İbrahimbəyov (film, 1988)(filmdə iştirak edən)
Ölsəm... bağışla (film, 1989) (ssenari müəllifi)
Yanar qəlbin ritmləri (film, 1989)(ssenari müəllifi)
Qətldən yeddi gün sonra (film, 1991) (ssenari müəllifi)
Urqa – Məhəbbət Dairəsi (1991) (ssenari müəllifi)
Həm ziyarət, həm ticarət... (film, 1995) (ssenari müəllifi)
Günəşdən Usanmışlar (1994) (ssenari müəllifi)
Azərbaycan kinosu-80 (film, 1996)(filmdə iştirak edən)
Dağıdılmış körpülər (film, 1996) (ssenari müəllifi, rejissor)
Çalışan adam (film, 1996) (rejissor, ssenari müəllifi, prodüser)
Xalqlar Dostluğu muzeyi (film, 1997)(rejissor, ssenari müəllifi)
Ailə (film, 1998) (rejissor, ssenari müəllifi, prodüser)
Sibir Bərbəri (1998) (ssenari müəllifi)
Şərq-Qərb (1999) (ssenari müəllifi)
Etimad telefonu (film, 2001) (rejissor, ssenari müəllifi)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)(filmdə iştirak edən)
Ovsunçu (film, 2003)(ssenari müəllifi)
Köçərilər (2004) (prodüser)
Əbədiyyət elçisi (film, 2005)(arxiv kadrlar)
Əli və Nino (2005) (ssenari müəllifi)
Əlvida, cənub şəhəri (film, 2006)(ssenari müəllifi, prodüser)
3 qız (film, 2007)(tammetrajlı bədii film)(prodüser)
Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (ssenari müəllifi, rejissor, prodüser)
Tarix: 17.01.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 555 Bölmə: Şairlər və Yazıçılar