İsgəndərzadə Eldar Xeyrulla oğlu — Azərbaycan, şair-dramaturq, ssenari müəllifi, "Qızıl Qələm" və "H.B. Zərdabi" mükafatçısı.
Həyatı
Eldar İsgəndərzadə 1964-cü ilin oktyabr ayının 5-də Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə və İnistitutun nəzdində fəaliyyət göstərən İctimai Peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. 1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşryyatında işıq üzü görüb. 1996-cı ildə "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında tamaşaya qoyulub. Şair-dramaturq və ssenaristdir. Şəhid şair "Nizami Aydın" adına ədəbi mükafatın laureatıdır. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin Qərarı ilə 2011-ci ilin noyabr ayında "Qızıl qələm" mükafatı, 2012-ci il oktyabr ayının 4-də sənədli kino sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "H.B. Zərdabi" diplomunu alıb. Ssenariləriylə bir bədii, 90 sənədli televiziya filmi çəkilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini vəzifəsində çalışıb.Hal-hazıda Azad Azərbaycan Teleradio Yayım Şirkətinin ATV İNTERNATİONAL kanalının "Televiziya Filmləri Studiyası" nın baş redaktorudur. Evlidir, 3 övladı var.
Əsərləri
O gözlərin sirri... Bakı: Gənclik, 1995,
Qalxın, məhkəmə gəlir (II hissəli pyes) (N.B.Vəzirov adlına Lənkəran Dövlət Deam Teatrında 1996-cı ildə tamaşaya qoyulub).
Poeziya günü AYB-nin ədəbi almanaxı... Bakı:
Qan borcu 20 yanvar faciəsi haqqında şerlər toplusu. Bakı:
XX və XXI əsrin yaradıcı və ziyalı insanları; Ensiklopedik toplu ... Bakı:
Xəbərin rəngi Görkəmli jurnalist Nəsir İmanquliyev haqqında xatirə və ona həsr olunan şeir; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı: 2010.
Lerik ünvanlı duyğular Leriki vəsf edən şeirlər. Bakı:2011,
Lerikin söz ətri Ədəbi almanax. Bakı: 2011,
Mənəm, sənsən, bir də o... Bakı: "Konstant empere", 2011,
Filmoqrafiya
Ana duasından başlanan yol (film, 2001)
Aşıq Pənah (film, 2007)
Azərbaycan çayı (film, 2003)
Azərbaycan üzümü (film, 2002)
Basqal (film, 2002)
Çəltik nəğməsi (film, 2008)
Daşları dindirən alim (film, 2001)
Dədə Qorqud axtarışında (film, 2000)
İki xalqın oğlu (film, 2004)
İmamverdi Əbilov (film, 2001)
Mingəçevir. Birinci film (film, 2001)
Mingəçevir. İkinci film (film, 2001)
Muğanın Sarvanı (film, 2002)
Müsafir (film, 2001)
Naftalan (film, 2003)
Ömür Yolu. Abdulla Babayev (film)
Sabaha inamla. III film (film, 2002)
Səsin Məcnunu (film, 2002)
Şahmat nağılı (film, 2001)
Müqəddəs Məkan (film, 2008)
Yaşıl Teatr (film, 2008)
Prezident (film, 2007)
Daş Yaddaşı (film, 2006)
Çayrud (film, 2005)
Laylalar (film, 2006)
Nəyim varsa sazımdadır (film, 2008)
Rəşid bəy Əfəndiyev (film, 2007)
Limon (film, 2008)
Sonrakı peşimançılıq (film, 2002)
Həsən bəy Zərdabi (film, 2003)
Ustad nəfəsi. Aşıq İsfəndiyar (film, 2007)
Mən səni araram (film, 2006)
Dünya vətəndaşı... Xudu Məmmədov (film, 2008)
El adamı. Əyyub İskəndərov (film, 2009)
İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)
Təklik (film, 2007)
Biz də təbiətin bir parçasıyıq... (film, 2009)
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov.(film, 2009) (İdman Azərbaycan kanalının ilk sənədli filmi)
Ümid çıraqları (film, 1998)
Aysel (film, 1998)
Azərbaycanda rus icmaları (film, 2006)
Əllərin sehri (film, 2007)
Su talehi, Samux... (film, 2007)
Bəxtimə düşən sənət... Nazim Ağayev (film, 2008)
Yaxşı bax kitabıma... Aləmzər Əlizadə (film, 2009)
Özü də işıq, sözü də...Qoşqar Əhmədov (film, 2009)
El yolunda... Aşıq Şakir (film, 2008)
İdmanda tapılan xoşbəxtlik (film, 2009)
Sənət məbədi (film, 2010)
Mən Hüseyn Arifəm... (film, 2010)
Günəşə doğru... şair Kələntər Kələntərli (film, 2009)
Milli ruhun bahadırları... (film, 2010)
Min bir rəngin çaları (film, 2010)
Ərənlərin oyunu... Çövkən (film, 2010)
Bədr olmamış hilal (film, 2010)
Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010)
Ana qaz (film, 2006)(Bədii-sənədli
Beşikdaş (film, 2000)
Tofiq Bakıxanov (film, 2000)
Muğam (film, 2001)
Bir rəqibəm bu dünyada... Oleq Krapivin (film, 2010)
Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski (film, 2011)
Rəqs mənim ömrümdür Böyükağa Məmmədov (film, 2011)
Bəstəkar Səid Rüstəmov (film, 2010)
Əli Vəliyev (film, 2011)
Gələcəyin sorağında(film, 2010)
Ləzgi həngi əfsanəsi (film, 2010)
Halay (film, 2011) Azad Azərbaycan Televiziyasının ilk səndli televiziya filmi
Balaban (film, 2011) ATV
Fransız qadının gündəliyi (film, 2011) ATV
Növbəti stansiya... (film, 2011) ATV
Şəki. Olduğu kimi (film, 2011) ATV
Bayraq qədər uca... (film, 2011) ATV
Qədimlərdən gələn səda (film, 2011) ATV
Çildağ (film, 2011) ATV
Günəşin batdığı yer... (film, 2012) (ATV)
Meşə sakini... (film, 2012) ATV
Şəhər içində şəhər... (film, 2012) ATV
Güllələnmiş qərənfillər (20 yanvar)... (film, 2012) ATV
Novruz mücdəsi... (film, 2012) ATV
Martın son günü 1918 ... (film, 2012) I hissə ATV
Martın son günü 1918 ... (film, 2012) II hissə ATV
Almanlardan yadigar (film, 2012) ATV
Naftalan möcüzəsi (film, 2012) ATV
Bəstəkar Şəfiqə Axundova (film, 2012) ATV
Abşeron incisi (film, 2012) ATV
Qaranlıq dünyanın nuru (film, 2012) ATV
Çayın nağılı (film, 2012) ATV
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (film, 2012) ATV
Didərgin atlar (film, 2012) ATV
Diribaba (film, 2012) ATV
Qala altında şəhər (film, 2012) ATV
İvanovka (film, 2012) ATV
Ömrün anları... Heydər Əliyev (film, 2012) ATV
Liderlər Lider haqqında (film, 2012) ATV
Bir bayraq altında (film, 2012) ATV
Tarix: 14.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 885 Bölmə: Şairlər və Yazıçılar