Qarayev Mahir Niyazi oğlu — şair, publisist, tərcüməçi, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Yaradıcılığı
5 Həmçinin bax
Həyatı
Mahir Qarayev 1958-ci il iyulun 17-də Göyçay rayonunda anadan olmuşdur. Burada Göyçay şəhər orta məktəbini bitirdikdən sonra 1976-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır. Fəaliyyətinə "Sovetskaya türkologiya" jurnalının redaksiyasında başlamışdır (1979-1989). "Tarix", "ABS", "Cümə", "Azərbaycan" qəzetləri redaksiyalarında müxtəlif vəzifələrdə işləmişdir (1989-1994). "Week-end" ("Həftə sonu") qəzeti redaksiyasında baş redaktor, Azərbaycan Tərcümə Mərkəzində bədii nəşrlər üzrə baş redaktor (1994-1996), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərində çap etdirdiyi şeirlərlə başlamışdır. "Azərbaycan", "Ulduz" jurnallarında şeirləri və tərcümələri çap olunmuşdur. Dünya ədəbiyyatının korifeylərinin əsərlərindən etdiyi tərcümələr 2008-ci ildə işıq üzü görən "Tənhalıq" kitabında nəşr edilmişdir.
Əsərləri
1.Tənhalıq (Şeirlər. Poetik silsilələr. Tərcümələr). Bakı: Oskar, 2008, 368 s.
Tərcümələri
Yaradıcılığı
AT SEVGİSİ
Mən səni ot kimi sevirdim onda,
Sən də vurulmuşdun mənə at kimi;
Qaranlıq otağın şam işığında
Sevişə bilmirdik ər-arvad kimi.
Mən sənə baxırdım yaşıl çəməntək –
Ürəyim axırdı otlamaq üçün;
Əlimiz qalxmadı şamı söndürək,
Qalxdıq sönən şamı odlamaq üçün.
Mən səni qadıntək sevmirdim axı,
Yamyaşıl yamactək tapırdım səni;
Ağzım sulanırdı... at kimi baxıb
Ot kimi ağzıma təpirdim səni.
Maşından, uçaqdan bab olmaz bizə,
Qanımız yaramır mühərrik üçün;
Hələ çox cavandıq onda deyəsən –
Sən arvadlıq üçün, mən ərlik üçün.
Atıl min belimə, min atlan bir az –
Səninlə dünyanı hərlənim, dedim;
Sən mənim üstümdə arvadlan bir az –
Mən sənin altında ərlənim, dedim...
...Şamı sönmüş evin girəcəyində
Səni hürkütməsin bu yanıq iyi;
Bir ovuc külümü at pəncərədən,
Unut bir bədənlik o sür-sümüyü...
Mən səni qadıntək sevmirdim onda –
Mən sənə baxırdım gözəllik kimi;
Şam kimi yanmadım, sənin yolunda
Yandırdım özümü üzərrik kimi...
Tarix: 17.01.2013 / 11:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 596 Bölmə: Şairlər və Yazıçılar