Şahmar Əkbər oğlu Əkbərzadə - şair, jurnalistMündəricat
1 Həyatı
2 Kitabları
3 Filmoqrafiya
4 Həmçinin bax
Həyatı
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
Kitabları
"Anama layla", Yazıçı, Bakı 1978
"Sevgi borc verilməz", Yazıçı, Bakı 1982
"Ona yanıram ki", Yazışı, Bakı 1988
"Haqqa pəncərə", Dünya, Bakı 1998
Filmoqrafiya
Qaragülün nağılı (film, 2007)
Tarix: 19.01.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Şairlər və Yazıçılar