Nazim Hüseynli — Bakı Avrasiya Universitetinin rektoru
30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur.
1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbay can Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.
1976-1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş.
1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974-1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985-1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989-1994-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir.
1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və bu günə qədər onun rektorudur.
1986-cı ildə SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir.
Fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1989-cu ildən fəlsəfə elmləri namizədidir.
1994-cü ildən dosent
2005-ci ildən fəlsəfə elmləri doktoru
1992-2005-Ali Diplomatiya Kolleci
2005-2006-cı ildə Bakı Diplomatiya Universiteti
2006-hal-hazırda Bakı Avrasiya Universitetinin rektorudur.
Tarix: 17.01.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Şairlər və Yazıçılar