Həyatı
Xudafərin yaxılınlığındakı Cəbrəyıl rayonunun Diri dağının döşündəki Diri kəndində 1477-ci ildə anadan olub.
XV əsrin sonları və XVI əsrdə yaşayıb-yaratmış Qurbani indiki Cəbrayıl rayonunun Dirili kəndində anadan olmuşdur.
Bəzilərinin dediyinə gorə o Təbrizin yaxınlığındakı Diri kəndindəndir.
Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır.
Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.
Yaradıcılığı
Gülə-gülə
Girdim yarın bağçasına,
Dedim, dərim gülə-gülə.
Mən ona elə müştağam,
Necə bülbül gülə-gülə.
Naşı bağban satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü,
Daha gəlməz gülə-gülə.
Qurbaniyəm, erməmişəm,
Yar qəsrinə girməmişəm,
Belə cəllad görməmişəm,
Aldı canım gülə-gülə.
Aldığım
Səhərin dan yeri kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü-qərarımı
Kəsmə, qadasın aldığım!
Bizim bağda gül dərginən,
Sıx könlümə, tel hörgünən,
Ağ üzdən busə verginən,
Əsmə, qadasın aldığım!
Qurbani aşiq üzünə,
Qurbandı ala gözünə,
Baxma yadların sözünə,
Küsmə, qadasın aldığım!
Deyiləm
İxtiyar sənindir, vəfalı dilbər,
Mən sənin xətrinə dəyən deyiləm,
Səbəb nədi, məndən kənar gəzirsən,
Sirr sözün yadlara deyən deyiləm.
Hər gecə vayğamda görürəm səni,
Sən Allah, sən Tanrı, sən də gör məni,
İlqarından dönən olsun erməni,
Mən ki ilqarımdan dönən deyiləm.
Qurbani der, gülü tutasan dəstə,
Dəribən verəsən, vəfalı dosta,
Üzümü qoysam da üzünün üstə,
Qorxma, incitmərəm, yeyən deyiləm.
Bənövşəni
Başına döndüyüm, ay qəşəng Pəri,
Adətdi dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dərirlər az bənövşəni.
Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa,
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iylər, qız bənövşəni.
Səhər olcaq şeyda bülbül oxuşdu,
Hökm oxundu, Seyraqublar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyləmirik biz bənövşəni.
Qurbani der, könlüm bundan sayrıdı,
Nə etmişik yarım məndən ayrıdı,
Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Tarix: 12.01.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1280 Bölmə: Şairlər və Yazıçılar