Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahib Abdullayev

Abdullayev Sahib Əhməd oğlu — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax


Həyatı

1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir.

Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür.

Yaradıcılığı

“At murad deyilmiş” (Bakı-2002; 280 səh.) ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr, “Taleyim dönüb Tanrıma” (Bakı-2007; 512 səh.) roman, povestlər, hekayələr, poemalar və şeirlər, “Dəfn olunmuş tütək” (roman, Bakı-2010; 360 səh.) kitablarının müəllifidir.

“Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır.

“Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.

Ali kateqoriyalı müəllimdir.


Tarix: 19.01.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Şairlər və Yazıçılar
loading...