Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nasir Mənzuri

Nasır Mənzuri (ناصر منظوری) — yazıçı, dilçi.Mündəricat
1 Həyatı
2 Əsərləri
2.1 Ədəbi əsərləri
2.2 Nəzəri əsərləri
3 Mənbə


Həyatı

Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında, el-tayfa böyügü sayılan ziyalı bir ailədə dünyaya gəlib. Dörd yaşında ikən öz yurd-yuvasından köçüb. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.

Hazırda Nasır Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib.

Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.

Əsərləri

Nasır Mənzurinin fəaliyyəti iki istiqamətə bölünür: yazıçılıq və dilçilik.

Onun həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir. O, öz əsərlərini 3 dildə - azərbaycanca, ingiliscə və farsca yazır.

Ədəbi əsərləri
Son Nağıl Son Əfsanə (1990) (sicir formasında yazılıb)
Qaraçuxa (1994) qısa roman
Həpirim Hüpürüm (2004) (Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış ikinci səviyəli bir sicir)
Cırtdan (2004) (Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış üçüncü səviyəli bir sicir)
Avava (2005) uzun roman
Oyunum-oyunum (çapa hazırlanır) uzun roman

Nəzəri əsərləri
Nezam-e Çahar Bodi-ye Zəban (Dilin Dörd-boyutlu Qurumu) (Farsca, 2002)
Deterministically Structuring Concepts (Cəbri Olaraq Quruluşlanan Qavramlar) (İngilizcə, 2003)
Dil və Ayın Düşüncə (100 səhifəlik bir məqalə, Dilmac jurnalının bütöv bir sayısı) (Farsca, 2007)
Ağız Lövhələr (1) Şəhriyar`ın Şerlərində Çaxnayış (1) (2010) (Çağdaş şairimiz Şəhriyar`ın Farsca şerlərində olan çaxnayışlığın modeli)
Ağız Lövhələr (2) Şəhriyar`ın Şerlərində Çaxnayış (2) (2010) (Çağdaş şairimiz Şəhriyar`ın Türkcə şerlərində olan çaxnayışlığın modeli)
Ağız Lövhələr (4) Ədəbiyat Doğularkən (2011) (Bu kitabda bir sicir örnəyi düşüncə-quruluş açısından açıqlanır.)
Ağız Lövhələr (5) Səsin Qavramı [Dilin İçindəki Dil] (2011) (Azərbaycan türkcəsində toplanan fonetik-qavram modelləri)
Ağız Lövhələr (6) Türkcə`də Felin Qavramsal Qurumu (2012)
Ağız Lövhələr (7) Türkcə`də Ultra-cümlə Sistemi (2012)


Tarix: 17.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Şairlər və Yazıçılar
loading...