Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Balabəyli

Balabəyli Faiq Ağaş oğlu — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996).

Həyatı

Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971-1981–ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982-1984–cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-1994–cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996-2006–cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda "Millətin səsi" qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.

"Eh ayrılıq, nə yamansan" (1993), "Kəsilməyən həyacan fiti" (2003), "Sənə yazılan şeirlər" (2005), "Burda darıxmaq olmaz" (2008), "Yaşıl yuxulu dəniz" (2010), "Yaxın uzaq Elazıx" (2011) kitablarının müəllifidir.

1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.

1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai Rayon Təşkilatının sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Kitabları
Eh ayrılıq nə yamansan. 1993.
Kəsilməyən həyacan fiti. 2003.
Sənə yazılan şeirlər. 2005.
Burda darıxmaq olmaz. 2008.
Yaşıl yuxulu dəniz. 2010.
Yaxın uzaq Elazıx. 2011.


Tarix: 15.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Şairlər və Yazıçılar
loading...