Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidayət Orucov

Hidayət Xuduş oğlu Orucov (d. 5 sentyabr 1944-cü il, Maralzəmi, Muğru rayonu, Ermənistan SSR, SSRİ) — şair-dramaturq; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012); Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri[1]. Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən

Həyatı və karyerası

Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur.

Təhsili

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyəti

Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.

Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1989-cu ildə ermənilərin Azərbaycan xalqına qarşı növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 - mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləmişdir. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanmışdır.

H. Orucovun ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası rus, ingilis, gürcü dillərində də nəşr olunmuşdur.

Pyesləri hal-hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında və başqa teatrlarda uğurla oynanılır.

Azərbaycan Yazıçılar Birliyi Məclisinin və "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləmişdir. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir.

Dövlət Komitəsində

25 iyul 2006-cı ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir[3]. 31 may 2012-ci ildə həmin vəzifədən azad edilmişdir[4].

Diplomatik fəaliyyəti

Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir[5]. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir[2].

Ailəsi

Ailəlidir, üç övladı var.

Mükafatları və fəxri adları
1970 — "Əməkdar igidliyə görə" medalı;
1978 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı;
24.09.1991 — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi[6].
03.09.2004 — "Şöhrət" ordeni[7].
"Ləyaqət" ordeni.
Dağıstan Respublikasının Fəxri Fərmanı.
Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı.

Filmoqrafiya

İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007) filmində
İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007) – Baş məsləhətçi

Kitabları

Yazıçının otuzdan çox poeziya, nəsr, tərcümə və s. kitabları nəşr olunmuşdur.

Hidayətin xarici dillərdə nəşr olunmuş "Mən belə yaşayıram" (rus dilində), "Axtariş", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanmışdır. Əsərləri iyiyrmidən çox dilə çevrilmişdir.
Məni səsləyəndə (şeirlər və poema). Yerevan: Hayastan, 1970, 46 səh.
"Məhəbbət qocalmır". 1973.
Məhəbbət qocalmır (şeirlər və poema). Yerevan: Hayastan, 1977, 124 səh.
"Bir az gözləyin məni". 1975.
Bir az gözləyin məni (şeirlər və poemalar). Yerevan: Sovetakan qroğ, 1977, 175 səh.
"Zirvə çağırır". 1977.
Dənizi harayladım (şeirlər). Bakı: Gənclik, 1978, 33 səh.
"Eviniz analı olsun". 1980.
Eviniz analı olsun (şeirlər və poema). Bakı, Yazıçı, 1981, 98 səh.
Zirvə cığın (şeirlər və poema), Yerevan, Sovetakan qorğ, 1982, 147 səh.
İrəvanda xal qalmadı (dramaturgiya, nəsr, publisistika). Yerevan, Sovetakan qorğ, 1984, 350 səh.
Qatardan məktub. Bakı, Yazıçı, 1986, 159 səh.
Qaynaq (şeirlər). Yerevan, Sovetakan qroğ, 1986, 91 səh.
Sabaha çox var (nəsr, publisistika). Bakı: Yazıçı, 1989, 408 səh.
"Sabaha çox var". 1990.
"Mən belə yaşayıram". 1991.
Doxsanıncı il (şeirlər və poemalar). Bakı, Yazıçı, 1992, 360 səh.
"Həsrət" /1995/
Hərdən xatırla məni (seçilmiş şeirlər). Bakı: Göytürk, 1998, 122 səh.
Sözün vaxtı (publisistika). Bakı: Şərq-Qərb, 1999, 676 səh.
Ömrümün çəhlimləri (şeirlər və poemalar). Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2002, 476 səh.
"Ömrümün çəlimləri". 2003.
"Burdan min atlı keçdi". 2004.
Əziz Əliyev. Odlar yurdunun iftixarı.
Mir Cəlal dünyasından sətirlər.
Muxtar Avşarov.
Özüm yazmaq istərdim. Tərcümələr. Bakı, “Apostroff” MMC, 2011
"Azərbaycanda din: ən qədim dövrdən bu günədək". Bakı: "İdrak İB", 2012, 428 səhifə, şəkilli. ISBN 978 9952-8134-8-7

Tərcümələri

Tərcüməçilik fəaliyyəti Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri kimi qiymətləndirilir. Onun qələmindən çıxmış ingilis, rus, island, türk, şotland, gürcü və s. dillərdən etdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 80-90-cı illərində ayrı-ayrı kitablar şəklində, antologiyalarda, dövri mətbuatda işıq üzü görmüş və böyük maraq doğurmuşdur. U. Şekspirin "Sonu yaxşı bitən hər şey yaxşıdır" pyesini, H. B. Stounun "Tom dayının daxması" romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Uçan nəğmələr (erməni sovet şeiri antologiyası). Yerevan: Hayastan, 1975, 104 səh.
Ədəbi Ermənistan (toplu). Yerevan: Sovetakan qorğ, 1985, 200 səh.
G.Emin. Bu yaşımda. Bakı: Yazıçı, 1986, 159 səh.
Harriyet Biçer Stou. Tom dayının daxması (roman). Bakı: Gənclik, 1991, 384 səh.

İstinadlar
↑ "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında inzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 349 nömrəli Sərəncamı (azərb.)
↑ 2,0 2,1 "H.X.Orucovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2012-ci il tarixli Sərəncamı (azərb.)
↑ "H.X.Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli, 1577 nömrəli Sərəncamı (azərb.)
↑ "H.X.Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi ↑ 2,0 2,1 "H.X.Orucovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2012-ci il tarixli Sərəncamı (azərb.)
↑ "H.X.Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli, 1577 nömrəli Sərəncamı (azərb.)
↑ "H.X.Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 may 2012-ci il tarixli, 2242 nömrəli Sərəncamı (azərb.)
↑ "H.X.Orucova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 may 2012-ci il tarixli Sərəncamı (azərb.)
↑ "Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı (azərb.)
↑ "H. X. Orucovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli, 380 nömrəli Fərmanı


Tarix: 15.01.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1182 Bölmə: Şairlər və Yazıçılar
loading...