İsmayılov Məmməd Mürşüd oğlu (d.01.11.1939) -Mündəricat
1 Həyatı
2 Fəxri adları, mükafatlar, nailiyyətlər
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər
6 İstinadlar
Həyatı
M.İsmayılov 1957-ci ildə kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki 2 illik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1958-1960-cü illərdə Bakı Baş Tikinti idarəsində fəhlə, 1960-1964-cü illərdə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri, 1964-1965-ci illərdə Tovuz rayon Partiya komitəsində statist, 1965-1966-cü illərdə Qazax rayonlararası "Qalibiyyət bayrağı" qəzetində korrektor, 1966-cı ildə Bakıda fəhlə yataqxanasında baş tərbiyəçi, 1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə C.Cabbarlı adına Azərbaycanfilm studiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsinin orqanı olan, azərbaycan və rus dillərində çap olunan "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri vəzifələrində çalışmışdır. Hazırda Türkiyənin Çanaqqala universitetində müəllim kimi fəaliyyət göstərməkdədir.
1989-cu ildən fəaliyyətə başlayan və Azərbaycanın azadlığı uğrunda mübarizənin ön sıralarında yer alan Demokratik Qüvvələr Birliyinin təşkilatçılarından və həmsədrlərindən biri olmuşdur. 14 yaşından bədii yaradıcılıqla məşğuldur. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin katibi seçilmiş və dəfələrlə Yazıçılar Birliyinin İdarə heyətinin, rəyasət heyətlərinin üzvü olmuşdur. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək azərbaycan və türk dilində çap etdirmişdir. Bir çox xarici ölkənin ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı ayrıca məqalələr nəşr edilmiş, həyat və yaradıcılığı haqqında 4 doktorluq dissertasiyası yazılmışdır. Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şer festivallarında Azərbaycanı layiqincə təmsil etmişdir. İndiyədək azərbaycan, rus, türk, qazax və başqa dillərdə 30-dan çox bədii və elmi kitabı, 200-dən artıq məqaləsi çap olunmuşdur.
Fəxri adları, mükafatlar, nailiyyətlər
1969-cu ildə hazırladığı "Odlar diyarı" silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə "Qızıl qələm", 1978-ci ildə Bakıda çap olunmuş "Söz vaxtına çəkər" və Moskvada çap olunmuş "Dəymiş nar dənələri" kitablarına görə Respublika Lenin komsomolu və Moskvada çap olunmuş "Yerlə göy arasında" kitabına görə Ümumittifaq Ostrovski adına mükafatlarına, 1979-cu ildə "Ceyran Muğana qayıdır" sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüşdür. 1996-cı ildə Türkiyə Diyanət Vəqfinin Məhəmməd peyğəmbərin kutlu doğum həftəsi münasibətilə keçirdiyi şer yarışının qalibi olmuş, 1997-ci ildə isə Türkiyənin ən əhəmiyyətli mükafatlarından biri olan Türkiyə Yazarlar və Sənətkarlar Vəqfinin Türk Dünyasına Hizmət ödülüylü mükafatlandırılmışdir. Türkiyənin Konya şəhərində keçirilən "Saz və söz bayramın"da iştirak edərək 1990, 1991, 1995, 1996-cü illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medallarına, 2012 il sentyabrın 10-16 Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna [2] layiq görülmüşdür.
Filmoqrafiya
Cinayətin astanası (film, 1985)
Geriyə baxmağa dəyər (film, 1985)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Haqqın dərgahı (film, 1991)
Həmrəylik günü (film, 1976)
Hikmətli miniatürlər (film, 1991)
Xalq istedadları (film, 1974)
Qardaşlaşmış... (film, 1978)
Qəribə adam (film, 1979)
Ovçu, vurma məni (film, 1977)
Şuşa (film, 1978)
Tikən də biz, sökən də (film, 1981)
Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)
Yay günləri (film, 1977)
Zamanın əsas yolu (film, 1977)
Tarix: 17.01.2013 / 11:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 508 Bölmə: Şairlər və Yazıçılar