Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfər Hüseynoğlu

liyev Cəfər Hüseyn oğlu - publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



Həyatı

Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939-1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941-1942). 1942-1946-ci illərdə İkinci Dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946-1948). "Bakinski raboçiy" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948-1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966-1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini olmuşdur (1983-1987). Son illərdən bəri Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan respublikası üzrə xüsusi müxbiri olmuşdur (1993-2000). Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarında Azərbaycan həqiqətləri haqqında məqalələri dərc edilmişdir.

Xidmətlərinə görə 2 döyüş ordeni və 6 medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri fərmanına layiq görülmüşdür. "Vətən" ali ustad jurnalist mükafatı laureatı olmuşdur.

2000-ci il dekabrın 26-da Bakı şəhərində vəfat etmişdir.

Əsərləri
1.Bakının yaşıl örtüyü. Bakı: Azərnəşr, 1976, 16 səh.
2.Cəsur döyüşcü. Bakı: Elm, 1996, 50 səh.
3.Yolun düşsə Təbrizə. Bakı: Elm, 1996, 50 səh.


Tarix: 14.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Şairlər və Yazıçılar
loading...