Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Səfərli

Səfərli İslam Əhməd oğlu – şair-dramaturq, tərcüməçi, Əməkdar İncəsənət Xadimi.

Həyatı

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. İslam Səfərlinin müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.

İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.

Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə "İslam Səfərli" adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyata qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

Cəmi 51 il ömür sürən istedadlı şairimiz İslam Səfərli sanki qısa ömür yaşayacağını əvvəlcədən duyub öz yaxınlarına deyərmiş: "Mən canım qədər sevdiyim torpağın vurğunuyam. Həyatı tez tərk edecəyəm. Sizə start meydanını qoyub gedirəm. Bu meydanı mənə layiq qoruyun, gələcək nəsillərə layiqincə çatdırın. Çünki, biz dahi Nəsirəddin Tusi nəslindənik!"
Azərbaycanın dahi mütəfəkkiri Nəsrəddin Tusinin nəslindəndir.

Mətbuatda çap olunmuş şeir, oçerk və məqalələri
1 "Ordumuza ithaf" /şeir\ – "Şərq qapısı" 30 iyul 1941-ci il
2 "Naxçıvan gənclərinə məktub" – "Şərq qapısı" 29 yanvar 1942-ci il
3 "Məktub" – "Şərq qapısı" 24 avqust 1942-ci il
4 "Biz kəşfiyyata necə gedək" /oçerk\ – "Vətən eşqi" 22 dekabr 1943-cü il
5 "Bir ailənin üzvləri" /oçerk\ – "Vətən eşqi" 28 mart 1944-cü il
6 "Hörmətli şairimiz Süleyman Rüstəm!" /məktub\ – "Ədəbiyyat qəzeti" 24 oktyabr 1944-cü il
7 "Xamların birinci namizədi" /şeir\ – "Şərq qapısı" 4 yanvar 1946-cı il
8 "Sevinc müjdəsi" /şeir\ – "Şərq qapısı" 10 fevral 1949 –cu il
9 "Naxçıvan" (Naxçıvan MSSR-in 25 illiyi münasibətilə) /şeir\ – "Kommunist" 28 may 1949-cu il
10 "Bir dəstə açar", "Qağayılar yorulanda", "Tanış qız", "Ala gözlü bir taksi var" /yeni

şeirlər\ 14 mart 1961-ci il
11 "İnsan nəfəsi", "Gəlin düşünür", "Yaşıdlar", "Durna qatarı" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 10 noyabr 1962-ci il
12. "Əsrin ürəyi" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 2 fevral 1963-cü il
13. "Sülh" /şeir\ – "Kommunist" 10 oktyabr 1963-cu il
14. "Təkərlər yollarda pıçıldayırdı" /şeir\ – "Azərbaycan gəncləri" 24 iyul 1964-cü il
15. "Meşəli sahillər" /şeir\ – "Kommunist" 9 avqust 1964-cü il
16. "Səngərsiz döyüş", "Gəlin ağ bir qağayı", "Xanəşin", "İtirsən", "Qağayı" /yeni şeirlər\ – "Kommunist" 14 iyun 1964-cü il
17. "Zirvə yolu" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 13 mart 1965-ci il
18. "Ekizlər yol ayrıcında" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 13 mart 1965-ci il
19. "Yetmiş il bir sinədə" /şeir\ – "Ədəbiyyar və incəsənət" 4 sentyabr 1965-ci il
20. "Lenin", "Oktyabr" /şeir\ – "Sovet kəndi" 6 noyabr 1966-cı il
21. "Ərköyünlər", "Ana düşünür" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 22 yanvar 1966
22. "Salam qurultaya" /şeir\ – "Azərbaycan gəncləri" 27 mart 1966-cı il
23. "Beşilliyin astanasında" /şeir\ – "Bakı" 11 aprel 1966-cı il
24. "May gözəllik rəmzidir" /şeir\ – "Bakı" 30 aprel 1966-cı il
25. "Səslər zivəsi" /şeir\ – "Kommunist" 16 may 1967-ci il
26. "Sən oxu, mən eşidim" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 6 may 1967-ci il
27. "Bahar hədiyyəsi" /şeir\ – "Kommunist" 30 aprel 1967-ci il
28. "Yeraltı görüş" /şeir\ – "Bakı" 31 dekabr 1967-ci il
29. "Günəşimizdir" /şeir\ – "Bakı" 22 aprel 1968-ci il
30. "Çiçək təranəsi" /şeir\ – "Elm və həyat" 1968-ci il
31. "Qəvvas", "Payız meşəsi" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 24 avqust 1968-ci il
32. "Mənim adi günlərim", "Payız meşəsi" /şeirlər\ – "Şərq qapısı" 18 iyul 1968-ci il
33. "Mənim adi günlərim", "Həsrət nəğməsi", "İl yarası" /şeirlər\ – "Ulduz" 1968-ci il
34. "Mən", "O adi qız deyil", "Mən dənizəm", "Adsız zirvə", "Qədim şəhərim" /şeirlər\ – "Ulduz" 1969-cu il
35 "Üçüncü hərb istəmirik" /şeir\ – "Bakı" 8 may 1969-cu il
36 "Yollara nur ələndi" /şeir\ – "Kommunist" 29 mart 1970-ci il
37 "Təki vətənlə görüş" /şeir\ – "Ulduz" 1970-ci il
38 "Heykəl" /şeir\ – "Azərbaycan" 1970-ci il
39 "Ermənistan" /şeir\ – "Azərbaycan" 1970-ci il
40 "Harayçın ollam", "Qısanır" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 1970-ci il
41 "Avropa"nın keşiyində /şeir\ – "Bakı" 6 noyabr 1971-ci il
42 "Araz yadıma düşdü" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 6 fevral 1971-ci il
43 "Ağ xalatlı həkimlər", "Harayçın ollam", "Qısqanır" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 21 iyul 1973-cü il
44 "Qənd bala, nabat bala", "Yol ayrıcında", "Nə o dindi, nə mən" /şeirlər\ – "Bakı" 14 aprel 1973-cü il
45 "Mahnıyar könül", "Sevgilim əsgər gedir", "Sən tələb eləmə...", "Sevərdim səni", "Dilsiz dəqiqələr" /şeirlər\ – "Azərbaycan qadını" 1973-cü il
46 "Sən tələb eləmə..." /şeir\ – "Azərbaycan gəncləri" 28 mart 1974-cü il
47 "Dağıstan qız", "Var olsun qələbə" /şeirlər\ – "Ədəbiyyat və İncəsənət" 1 may 1975-ci il
48 "Oktyabr yarışı" /şeir\ – "Azərbaycan" 1975-ci il
49 "Onüçlər" /şeir\ – "Azərbaycan" 1978-ci il
50 "Ana dili", "Şamxorum" /şeirlər\ – "Azərbaycan" 1983-cü il
51 "Qızıl dərə" /şeir\ – "Ədəbiyyat və İncəsənət" 1983-cü il
52 "Abşeron", "Səni", "Neyləsin" /şeirləri\ \ "Ulduz" 1983-cü il
53 "Ana Dili" /şeir\ – Türkiyə mətbuatına 1958-ci il


Çap olunan poemaları
1 "Leylək əfsanəsi" /poema\ – "Azərbaycan" 1972-ci il
2 "Ələsgər" /poema\ – "Azərbaycan" 1962-ci il
3 "Ekizlər-ögəylər" /poema\ – "Azərbaycan" 1968-ci il


Çap olunan pyeslər
1 "Dar ağacı" /pyesdən bir parça\ – "Ədəbiyyat və İncəsənət" 5 mart 1966-cı il
2 "Ana ürəyi" /4 pərdə 6 şəkilli dram\ – "Azərbaycan" 1961-ci il
3 "Yol ayrıcında" /pyes\ – "Azərbaycan" 1973-cü il


Həyat və yaradıcılığı haqqında
1 Əlfi Qasımov "Şair ömrü" – "Azərbaycan" -№5, Bakı. Uşaqgəncnəşr. 1950-ci il /səh.122\
2 İslam Səfərli "Göz həkimi" /M. Əzizbəyov adına Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur\. Rəy: Adil Babayev – "Ədəbiyyat və İncəsənət", 26 mart 1956-cı il, "Şərq qapısı" 11 may 1955-ci il.
3 Qulu Xəlilov "Pışıldaşın ləpələr" – "Azərbaycan" 1956-cı il.
4. İslam Səfərli "Həyat nəfəsi". Rəy: Məmməd Rahim – "Ədəbiyyat və İncəsnət" 25 iyun 1960-cı il.
5 Qabil "El aşığının surəti" – "Ədəbiyyat və İncəsənət" 26 yanvar 1963-cü il
6 İslam Səfərli "Əsl xalq uğrunda" /Partiya və hökümət rəhbərlərinin 8 mart 1963-cü ildə Ədəbiyyat və İncəsənət xadimləri ilə görüşü haqqında\ – 6 aprel 1963-cü il
7 İslam Səfərli "Qoşa söyüd" /şeirlər\ – "Azərnəşr" 1965-ci il. Rəy: S. Şükürov "Ədəbiyyat və İncəsənət" 1965-ci il, "Şərq qapısı" 1965-ci il.
8 C. Cəfərov "Azərnəşr" I cild, /səh. 329\ 1968-ci il.
9 İslam Səfərli "Qağayılar yorulanda" /şeirlər\ – "Azərnəşr" 1964-cü il. Rəy: M. Aydın "Ədəbiyyat və İncəsənət" 15 may 1965-ci il, "Azərbaycan gəncləri" 16 aprel 1965-ci il.
10 Mir Cəlal Paşayev, F. Xəlilov "Ədəbiyyatşünaslığın əsasları" – "Bakı" /səh 23\, "Maarif" /səh 130\ 1972-ci il
11 Ə. Süleymanlı –Məqalələr- "Azərnəşr" Bakı. /səh. 355\ 1971-ci il.
12 İslam Səfərli "Yol ayrıcında" /Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur\ Rəy: Qulu Xəlilov "Ədəbiyyat və İncəsənət" 2 dekabr 1972-ci il, "Kommunist" 20 yanvar 1973-cü il, "Sovet kəndi" 9 yanvar 1973-cü il.
13 M. Xarçenko "Əsgərlərin sevimlisi" /Naxçıvanlı Böyük Vətən Müharibəsinin iştirakçısı şair İslam Səfərli haqqında\ "Ədəbiyyat və İncəsənət" 2 mart 1968-ci il.
14 F. Mehdi "Ənənə davam edir" /Şair İslam Səfərlinin yaradıcılıq gecəsi haqqında\ "Kommunist" 15 oktyabr 1968-ci il.
15 N. Gəncəli "Şair döyüşçü" /Sevimli şairimiz İslam Səfərli haqqında\ – "Şərq qapısı" 1 mart 1970-ci il.
16 Ə. Ağayev "Həyat eşqi" /İslam Səfərlinin 50 illiyi\ – "Ədəbiyyat və İncəsənət" 17 fevral 1973-cü il.
17 Ə. Mahmud "Gözəl nəğmələr şairi" /İslam Səfərlinin anadan olmasının 50 illiyi\ 24 fevral 1973-cü il.
18 Süleyman Rüstəm "Əsgər şair" – "Kommunist" 22 mart 1973-cü il.
19 T. Mütəllibov "Gül dəstəsi kimi" – /İslam Səfərlinin anadan olmasının 50 illiyi\ "Azərbaycan gəncləri" 24 mart 1973-cü il.
20 Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Fəxri adı alması haqqında fərman – "Ədəbiyyat və İncəsənət" 24 mart 1973-cü il
22 Əlfi Qasımov "Sözlə dolu ürək" /İslam Səfərlinin 50 illiyi\ "Ədəbiyyat və İncəsənət" 24 mart 1973-cü il.
23 Vaqif Səmədoğlu "Ömrümüzdən ötsə də neçə bahar, qış" /Şair İslam Səfərli ilə müsahibə\ – "Bakı" 14 aprel 1973-cü il.
25 H. İbrahimov "Şairlə yenə görüşdük" /Şair İslam Səfərli haqqında\ "Şərq qapısı" 18 noyabr 1973-cü il
26 "İslam Səfərli – Seçilmiş əsərləri" – "Azərnəşr" 1973-cü il. Res. Pənah Xəlilov "Şairin tövhələri" – "Ulduz" jurnalı №9, /səh. 56\ 1974-cü il, "Şərq qapısı" 6 fevral 1974-cü il.
27 S. Şükürov "Orta məktəbdə tarixi poemaların təhlili" – Bakı. "Maarif" 1974-cü il.
28 A. Zamanov "Otuz il əvvəl" /İslam Səfərlinin vaxtsız vəfatı\ – "Ədəbiyyat və İncəsənət" 16 noyabr 1974-cü il.
29 Ə. Vəkil "Bu səfərin ədəbiyyat" /şeir\ – /İslam Səfərlinin əziz xatirəsinə\ 16 noyabr 1974-cü il.
30 "Dan ulduzu bir də mən" – "Gənclik" nəşriyyatı. Res: Afət Məmmədov "Şərq qapısı" 15 dekabr 1974-cü il.
31 F. Tağıyev "Açılmamış səhifələr" /Böyük Vətən Müharibəsinin iştirakçısı İslam Səfərli haqqında\ "Azərbaycan müəllimi" 7 may 1976-cı il
32 Hidayət Səfərli "Vətən eşqi"ni vərəqlərkən /Böyük Vətən Müharibəsi illərində buraxılan "Vətən eşqi" qazetində şair-dramaturq İslam Səfərlinin müharibədə iştirakı və şeiri çap olunmuşdur\ "Ədəbiyyat və İncəsənət" 26 iyun 1976-cı il.
33 İslam Səfərli "Ağ şanı, qara şanı" – "Gənclik" nəşriyyatı 1976-cı il. Res: Əlyağa Kürçaylı "Azərbaycan" №10 /səh. 205-206\ 1976-cı il.
35 B. Nəbiyev "Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı" – Bakı. Elm. /səh 46-79\ 1977-ci il.
36 N. Rüstəmov "Ləpələrlə pıçıldaşan ürək" – "Ədəbiyyat və İncəsənət" 7 may 1977-ci il.
37 Ş. Həsənov "Əbədi beşik" / "Yazıçı" nəşriyyatı İslam Səfərlinin "Əbədi beşik" adlı kitabını çapdan buraxmışdır\ "Şərq qapısı" 2 sentyabr 1979-cu il.
38 A. Kəmərli "Nəğməkar şair" İslam Səfərli-60 – "Ədəbiyyat və İncəsənət" 2 fevral 1983-cü il.
39 Tofiq Bayram "Şairə ehtiram" /İslam Səfərlinin anadan olmasının 60 illiyi\ – "Kommunist" 12 fevral 1983-cü il.
40 A. Abbasov "Könüllərdə yaşayan sənətkar" İslam Səfərli-60 – "Ulduz" 1983-cü il.
41 Hidayət Səfərli "Şairin arxivindən" /İslam Səfərlinin 60 illiyi ilə əlqədar\ – "Bakı" 2 aprel 1983-cü il
42 K. Quliyev "Lirika, müasirlik və qəhrəman" – Bakı, Yazıçı /səh 132\ 1983-cü il.
43 Əlfi Qasımov "Əsgər paltarında" – İslam Səfərli haqqında. "Ədəbiyyat və İncəsənət" 22 mart 1985-ci il.
44 Y. Qarayev, Ş. Salmanov "Poeziyanın kamilliyi" – Bakı. "Yazıçı" /səh 10\ 1985-ci il
45 E. Məmmədov "Dramaturgiyamızda ənənə və novatorluq" Bakı. "Yazıçı" /səh. 42\ 1985-ci il
46 M. Məmmədov "Poeziya yeni təfəkkür uğrunda" Bakı. "Yazıçı" /səh. 68\ 1990-cı il.
47 Əfqan Əsgərov "Bahar oğlu" – "Azərbaycan" 22 aprel 1993-cü il
48 1993-2000-ci illərdə çap olunmuş məqalələr haqqında məlumat yoxdur.
49 M. Abbaslı "İslam Səfərli yaradıcılığı" Bakı. "Elm" 2000-ci il
50 V. Yusifli "Nəğmədən yovrulmuş poeziya" İslam Səfərli-80 "Xalq" 14 fevral 2003-cü il
51 Telman Mehdixanlı "Qonur gözlü şairə məhəbbətlə" İslam Səfərli-80 "Azərbaycan müəllimi" 14-20 fevral 2003-cü il
52 V. Yusifli "Yaşayan" İslam Səfərli-80 – "Azərbaycan" /səh. 140-144\ 2003-cü il
53 F. Xəlilzadə "Yurdunu vəsf edən şair" İslam Səfərli-80 "Azərbaycan" 2 fevral 2003-cü il
54 Əfqan Əsgərov "Ay zalım" İslam Səfərli-80 – "İqtisadiyyat" 21-27 fevral 2003-cü il.
55 Əli Səfərov "İslam Səfərli zirvəsi" – "Mühakimə" 29 mart 2007-ci il
56 İslam Səfərlinin yaradıcılığına həsr olunan sayt
57 İslam Səfərlinin dramaturgiyasına həsr olunmuş rusca sayt
58 Əli Səfərov "Anım" İslam Səfərlinin şəxsi saytından – "Mühakimə" 10 sentyabr 2008ci il
59 Vaqif Yusifli "Unudulmayan şair" – "Ədəbiyyat" qəzeti 8 fevral 2008-ci il
60 Abid Tahirli "Məmləkət duyğularına tərcüman" – Ədəbiyyat qəzeti 2008-ci il
61 Hidayət Səfərli "Qardaşımı xatırlarkən" – "Ədəbiyyat qəzeti 2008-ci il
62 Nəriman Həsənzadə "Nəğməkar şair ömrü" – "Şərq" 2008-ci il
63 İslam Səfərlinin dostlarına və sənətkarlara həsr etdiyi şeirlərdən ibarət sayt

Şeirləri
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).



Vikimənbədə Category:İslam Səfərli
mövzusuna dair mətn var.

Filmoqrafiya
Ulduzlar sönmür (film, 1971)
Göz həkimi (film, 1985)


Tarix: 16.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1298 Bölmə: Şairlər və Yazıçılar
loading...