Əliyarbəyli Fəridə Həsən qızı – şair, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həyatı
Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1942-1947).
Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.
Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır (1948-1950). Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989).
Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur (1959-1989). Bir medalla təltif edilmişdir. Hazırda təqaüdçüdür.
Əsərləri
1.Arzular. Bakı: Uşaqgəncnəşr, 1955, 24 səh.
2.Yasəmən. Bakı: Azərnəşr, 1962, 60 səh.
3.Gəncəli qız. Bakı: Gənclik, 1968, 68 səh.
4.Qayğı. Bakı: Azərnəşr, 1974, 40 səh.
5.Sərv ağacı. Bakı: Gənclik, 1982, 58 səh.
6.Payız kəpənəkləri. Bakı: Gənclik, 1985, 33 səh.
7.Dünyaya insan gəlir. Bakı: Yazıçı, 1987, 80 səh.
8.Novruz bayramı. Bakı: Gənclik, 1998, 120 səh.
Tarix: 15.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Şairlər və Yazıçılar