Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülvahab Yurdsevər

YURDSEVƏR, Əbdülvahab Məmmədzadə (1898, Bakı – 1976, Ankara) – Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist.

Həyatı

1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1917 ildən siyasi fəaliyyətə başlamış. həyatını bütünlüklə istiqlal hərəkatına həsr edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak ctmiş, 1920-ci ildən sonra Müsavat partiyasının katibi və Milli Müqavimət Komitosinin üzvü olmuĢdur. 1923 ildə həbs edilərək, əvvəlcə ġimali Qafqaza sürgün edilmiş, cəza müddəti bitdikdən az sonra isə Yaroslavl və Saratovda on bir illik sürgün həyatı yaşamışdır. Sürgündən sonra Ə.Yurdsevər bir müddət DaĢkənddə qız məktəbində müəllimlik etmiĢ, daha sonra İrana, oradan isə Varşavaya mühacirət etmiş, əqidə və amalı uğrunda mübarizəsini mühacirətdə davam etdirmiĢdir. Ġkinci dünya müharibəsinin baĢlanmasından sonra Türkiyəyə getmiĢ, burada hüquq təhsili almıĢdır. Ana dili ilə yanaĢı, rus, alman. ərəb və fars dillərini də mükəmməl bilirdi. Bir müddət Ankara radiosunda farsca siyasi xəbərlər proqramının başçısı olmuşdur. Yurdsevər 1959 ildən ömrünün sonuna kimi Azərbaycan Milli Mərkəzinə (İstanbul) rəhbərlik etmiĢdir. Siyasi mübarizə ilə yanaĢı, ədəbi fəaliyyətlə də məĢğul olmuĢ, Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin iĢində yaxından iştirak etmiş, Azərbaycan ədəbiyyatına dair silsilə əsərlər ["Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri" (Ankara, 1950), "Azərbaycan dram ədəbiyyatı" (Ankara, 1951; B.. 2003), "Sabirin Azərbaycan ədəbiyyatındakı yeri" (Ankara, 1951), "Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifm yaradıcılığı" (Ankara, 1952)] yazmıĢdır.


Tarix: 14.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Şairlər və Yazıçılar
loading...