Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatma Həsənqızı

Şabanova Fatma Həsən qızı — Azərbaycan yazıçısı.

Həyatı

Fatma Şabanova (Həsənqızı) 1932-ci il aprelin 10-da Astara rayon Kakalos kəndində ziyali ailəsində anadan olmuşdur. 1949-cu ildə Kakalos kənd 7 illik orta məktəbini, 1950-1955- ci ildə Baki 1№-li 4 illik tibb mətəbini bitirmşdir.1962-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitutunda teatrşünaslıq fakultəsində təhsil almışdır.1969-1975-ci illərdə “Gənclik” nəşriyyatında əvvəl korrektor, sonra texniki redaktor, 1976-1987-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin metodiki mərkəzində metodist vəzifəsində çalışmışdir.1976-ci ildə əmək təqaüdünə çıxmışdır.1992-1997-ci illərdə Yasamal rayon 158 saylı məktəbdə, 1997-2000-ci ildə Əhmədli qəsəbəsi 264 sayli məktəbdə, 2000-2009-cu ilə qədər Binəqədi rayon 182 sayli məktəbdə teatr studiyası yaratmışdır.

YAP-ın üzvüdür (№ 231509).29.06.2002-ci ildə Jurnalistlər Birliyinin, 22.08.2002-ci ildən Yazıçılar Birliyinin üzvüdür (№ 1978, № 506). Bilik Cəmiyyəinin üzvüdür (№ 3607340).

1947-ci ildən ədəbi fəaliyyətə başlamışdır.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı məktəblilərinin keçirdiyi dram ve teatr studiyalarının “Bu nagıl dünyasıdır” festivalında “Anası öpməyən qız” nağıl-pyesi 1-ci yeri tutmuş və müəllif Fatma Həsənqızı diplomla təltif olunmuşdur. Festivaldakı tamamşalar “Tıq-tıq xanım”, “Şirinqəzəbi”, “Meşəmizdə div peyda oldu”, “Simurq quşu" "Saray xoruzu”. “Mizan-tərəzi”, hər il mayın 15-16-sı teatrda göstərilmişdir, müəllif fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur.


Tarix: 15.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Şairlər və Yazıçılar
loading...