Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxri Uğurlu

Əliyev Fəxri Ağa oğlu (Fəxri Uğurlu) - yazıçı, jurnalist, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Fəxri Uğurlu 1968-ci ildə Bakıda doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub.

1987-89-cu illərdə sovet ordusunda xidmət edib[1].

1993-cü ildə Bakı Dövlət Universitetini bitirib.

Şair Bakı Dövlət Universitetində uzun illər kafedra müdiri olmuş Ağa Laçınlının oğlu, Jurnalist Azər Qaraçənlinin və yazıçı Oqtay Qorçunun qardaşıdır.

Yaradıcılığı

1986-cı ildən mətbuatda bədii yazılarla çıxış edir. Tələbə ikən üç kitabı – "Tək ağac" (1992), "Diləklərin azması" (1993), "Oğuznamələr" (professor Kamil Vəliyevlə birlikdə 1993) işıq üzü görüb. Sonralar daha üç kitabı – "Üç kəndin bir dərdi" (1995), "Uşaqların mahnısı" (1999), "Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" (2007) çap olunub.

1992-ci ildən müxtəlif mətbu orqanlarda, o cümlədən "Yol", "525-ci qəzet", "Müxalifət" qəzetlərində çalışıb, "Rezonans", "İntibah" qəzetlərinin baş redaktoru, "Avropa" qəzetinin təsisçisi və baş redaktoru olub.

Kitabları
“Tək ağac” (1991),
“Diləklərin azması” (1992),
“Oğuznamələr” (professor Kamil Vəliyevlə birlikdə - 1993)
“Üç kəndin bir dərdi” (Şəhidlər haqqında - 1995)
“Uşaqların mahnısı” (1999),
“Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si” (2007),
"Tanrı dağları" (2010)


Tarix: 15.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Şairlər və Yazıçılar
loading...