Qəmər bəyim Şeyda - şairə 1881 Şuşa — 1933 Bakı)Mündəricat
1 Həyatı
2 Ailəsi
3 Xarici keçidlər
4 Həmçinin bax
Həyatı
Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.
Ailəsi
Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Tarix: 16.01.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Şairlər və Yazıçılar